“Azərbaycanın startap mühiti: problemlər və perspektivlər“ mövzusunda konfrans keçiriləcək
Mayın 15-də "Startap Azərbaycan 2015" çərçivəsində "Azərbaycanın startap mühiti: problemlər və perspektivlər" mövzusunda konfrans keçiriləcək."ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbirdə "Startap Azərbaycan 2015" layihəsinin yekunları və milli startap müsabiqəsinin nəticələri haqqında təqdimatlar olacaq. Həmçinin "Startap Azərbaycan" müsabiqəsinin finalçıları elan olunacaq, onlara mükafatlar və qiymətli hədiyyələr təqdim olunacaq.
"Startap Azərbaycan" müsabiqəsində iştirak üçün 22 startap buraxılıb və 1-ci mərhələnin nəticəsində 13 startap yarımfinala buraxılıb, ötən həftə isə ekspertlər 2-ci mərhələ qiymətləndirməni başa çatdırıblar.
Tədbirdə finala çıxan startaplarla investorların qapalı görüşü ( pitç sessiya) də təşkil olunacaq. Finalçılar investorlar qarşısında öz layihələrinin qısa təqdimatlarını keçirəcəklər.
"Startap Azərbaycan" layihəsi Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilir.
Layihəyə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, "Elektron hökumət" portalının operatoru - MHM və Yüksək Texnologiyalar Parkı rəsmi dəstək verir.
"Startap Azərbaycan"ın Akademik partnyoru ADA Universitetidir. "İnfiPro", "SİNAM", "SMART Systems", "Cybernet" və "Happy Baku" şirkətləri "Startap Azərbaycan"ı dəstəkləyirlər.
Aynur Vəliyeva
Baxış sayı: 607
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır