12px13px15px17px
Tarix:07/05/15

ABŞ Vergilər İdarəsi fərdi məlumatların oğurlanması ilə mübarizə üçün şöbə yaradıb

ABŞ Vergilər İdarəsi (Internal Revenue Service, IRS) fərdi məlumatların oğurlanması ilə mübarizə aparacaq yeni şöbə yaradıb.

Əməkdaşlarının sayının on nəfərə yaxın olduğu yeni qurum Vaşinqtonda yerləşir və əsas vəzifəsi vergi fırıldaqçılığı, o cümlədən fərdi məlumatların oğurlanması ilə əlaqədar kibercinayətlərlə mübarizədir.
 
“IRS”-in statistikasına görə, son maliyyə ilində mindən çox fərdi məlumat oğurlanıb. Fişinq yayılmış üsul olaraq qalır və onun köməyi ilə cinayətkarlar məxfi məlumatları oğurlayaraq sonradan onlardan vergi fırıldaqçılığı üçün istifadə edirlər.
 
Cinayətkarlar komanda-nəzarət serverinə, daha sonra fərdi məlumatlara çıxış əldə etmək üçün müxtəlif zərərli proqram təminatından, məsələn, “keylogger” proqram təminatından istifadə edirlər. Qurbanın sosial sığorta nömrəsini oğurlayan cinayətkarlar özlərini onun adı ilə təqdim edərək vergi ödənişlərini mənimsəyə bilərlər.
 
“IRS” nümayəndəsi Riçard Veber bildirib ki, son bir neçə ayda idarə əməkdaşları Nigeriya, Rusiya, Rumıniya və Latviyada cinayətkarların hesabına 26 milyon dolların köçürülməsini izləyərək qarşısını alıblar. 2011-2014-cü illərdə idarə cinayətkarlara ümumilikdə 63 milyon dolları oğurlamağa mane olub, - "SecurityLab” yazır. 



Baxış sayı: 1163

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






08 Oktyabr 2024

07 10 2024