Tarix:07/05/15
Əgər planetin istənilən nöqtəsində smartfon sahiblərinin arasında ən populyar mobil messencerlə bağlı sosial sorğu keçirsək, “WhatsApp” messenceri qalib olacaq.
2009-cu ildə “Yahoo!” şirkətinin keçmiş əməkdaşları Brayan Akton və Yan Koum tərəfindən yaradılmış messencer Mark Sukerberqin diqqətini cəlb edib və 2014-cü ilin yanvarında 22 milyard dollara “Facebook” tərəfindən satın alınıb.
İndi “WhatsApp” messencerinin aktiv istifadəçilərinin sayı 800 milyon insan təşkil edir. “WhatsApp”ın əsas üstünlüyü (onlayn çat funksiyasından başqa) kontakt siyahısındakı başqa istifadəçilərə səsli mesaj, foto və videonun ani göndərmə imkanına malik olmasıdır.
Xidmətdə qeydiyyatdan keçərkən abunəçinin identifikasiyası üçün onun telefon nömrəsi istifadə edilir. Amma sadə qeydiyyat və identifikasiya nömrəsi mobil modulla təchiz edilməmiş planşetlərdə xidmətdən istifadəni mümkünsüz edir.
Tərtibatçılar “push” bildiriş funksiyasını reallaşdırıblar, nəticədə mobil proqram həmişə fon rejimində işləyir, yalnız mesaj və ya multimedia məzmununun qəbulu zamanı öz mövcudluğu haqda xəbər verir. Yeri gəlmişkən, foto və ya videonun göndərilməsi zamanı faylın maksimal ölçüsü 16 MB təşkil edə bilər.
“WhatsApp”, həmçinin bir neçə istifadəçidən ibarət çat qrupları yaratmağa, abunəçiyə zəng etməyə, olduğu yer haqda məlumatlar paylaşmağa, profil fotosunu dəyişdirməyə, çatın tarixçəsini elektron poçtla göndərməyə və bir çox başqa əməliyyatların icrasına imkan verir.
Mobil proqramın mənfi cəhəti kimi istifadəçilərin təhlükəsizliyinin aşağı dərəcədə olmasını qeyd etmək lazımdır.
Nəticədə “WhatsApp” messenceri müntəzəm spam xarakterli göndərmələr üçün istifadə olunur. Bütövlükdə mobil proqram çox xoş təəssürat yaradır və ən populyar mobil messencer adına layiqdir.
“WhatsApp” mobil messencerini bütün məşhur müasir mobil platformalar üçün ödənişsiz yükləmək olar.
Emil Hüseynov
“WhatsApp” messencerinin əsas ÜSTÜNLÜKLƏRİ
Vaxt keçdikcə daha çox mobil qurğu istifadəçisi “SMS” mesajlara alternativ kimi “Facebook” şirkətinə məxsus “WhatsApp” messencerindən istifadə edir.Əgər planetin istənilən nöqtəsində smartfon sahiblərinin arasında ən populyar mobil messencerlə bağlı sosial sorğu keçirsək, “WhatsApp” messenceri qalib olacaq.
2009-cu ildə “Yahoo!” şirkətinin keçmiş əməkdaşları Brayan Akton və Yan Koum tərəfindən yaradılmış messencer Mark Sukerberqin diqqətini cəlb edib və 2014-cü ilin yanvarında 22 milyard dollara “Facebook” tərəfindən satın alınıb.
İndi “WhatsApp” messencerinin aktiv istifadəçilərinin sayı 800 milyon insan təşkil edir. “WhatsApp”ın əsas üstünlüyü (onlayn çat funksiyasından başqa) kontakt siyahısındakı başqa istifadəçilərə səsli mesaj, foto və videonun ani göndərmə imkanına malik olmasıdır.
Xidmətdə qeydiyyatdan keçərkən abunəçinin identifikasiyası üçün onun telefon nömrəsi istifadə edilir. Amma sadə qeydiyyat və identifikasiya nömrəsi mobil modulla təchiz edilməmiş planşetlərdə xidmətdən istifadəni mümkünsüz edir.
Tərtibatçılar “push” bildiriş funksiyasını reallaşdırıblar, nəticədə mobil proqram həmişə fon rejimində işləyir, yalnız mesaj və ya multimedia məzmununun qəbulu zamanı öz mövcudluğu haqda xəbər verir. Yeri gəlmişkən, foto və ya videonun göndərilməsi zamanı faylın maksimal ölçüsü 16 MB təşkil edə bilər.
“WhatsApp”, həmçinin bir neçə istifadəçidən ibarət çat qrupları yaratmağa, abunəçiyə zəng etməyə, olduğu yer haqda məlumatlar paylaşmağa, profil fotosunu dəyişdirməyə, çatın tarixçəsini elektron poçtla göndərməyə və bir çox başqa əməliyyatların icrasına imkan verir.
Mobil proqramın mənfi cəhəti kimi istifadəçilərin təhlükəsizliyinin aşağı dərəcədə olmasını qeyd etmək lazımdır.
Nəticədə “WhatsApp” messenceri müntəzəm spam xarakterli göndərmələr üçün istifadə olunur. Bütövlükdə mobil proqram çox xoş təəssürat yaradır və ən populyar mobil messencer adına layiqdir.
“WhatsApp” mobil messencerini bütün məşhur müasir mobil platformalar üçün ödənişsiz yükləmək olar.
Emil Hüseynov
Baxış sayı: 1364
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib