12px13px15px17px
Tarix:07/05/15

Nail Mərdanov: “Əsl “Elektron hökumət” indi qurulacaq”

Əsl "Elektron hökumət" indi qurulacaq.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) direktoru Nail Mərdanov bu fikrini ölkə başçısının "Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında" fərmanından söz açarkən bildirib.
 
"Bu, çoxdan gözlənilən informasiya sistemi idi.  Yerli icra hakimiyyəti orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin çeşidi daha fərqli, daha çoxdur. Sistemin mahiyyəti həm də odur ki, edilən müraciətlərə mərkəzləşdirilmiş formada nəzarət mexanizmi yaradılacaq"-deyən mərkəz rəhbəri bu gün ümumilikdə elektron xidmətlərin sayı və keyfiyyəti istiqamətində inkişafın müşahidə edildiyini bildirib.
 
  Onun sözlərinə görə, "Elektron hökumət"  və elektron xidmətlərə tələbat dinamik olaraq artır. Belə ki, vahid portala daxil olanların sayı 1 710 901 nəfərə çatıb: "Statistik uçotun aparıldığı tarixdən - 2012-ci ilin dekabrından 2015-ci ilin aprel ayının 30-na qədər portala daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 5,891,732 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 1,710,901 nəfər olub. Belə ki, 1,710,901 nəfər ümumən 5,891,732 dəfə portala baxıb və 10,162,678 dəfə elektron xidmətlərə müraciət ediblər. Həmin şəxslər 21,534,442 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 48 saniyə olub. Ümumilikdə bu gün vətəndaşlarımızın portala
 
 
marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti  artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 29.1%-ni yeni istifadəçilər, 70.9%-ni isə təkrar müraciət edənlər təşkil edib. Aprel ayının statistikasına nəzər salsaq, bu dövrdə portala 1,037,605 daxilolma qeydə alınıb.
Portala müraciət edənlərin ümumi sayı isə 335,862 nəfər olub.
 
Həmin şəxslər 2,736,077 olmaqla, müxtəlif səhifələrə keçid ediblər, 1,554,540 xidmətə müraciət edib və portala sərf etdikləri vaxt ortalama 4 dəqiqə 01 saniyə təşkil edib. Mart ayı ərzində portala müraciət edənlərin 24.9%-ni yeni istifadəçilər, 75.1%-ni isə təkrar müraciət edənlər təşkil edib.
 
Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı bu gün 213,623-ə çatıb. Azərbaycan Respublikasında yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər. Portal üzərindən təqdim edilən xidmətlərin sayı 417 olub.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1238

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024