Tarix:08/05/15
Mədəniyyət və Turizm Nazirliyinin Təchizat və proqram təminatı şöbəsinin müdir müavini Qabil Abbasov bu barədə “Elektron hökumət” portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən “Elektron hökumət” bülleteninin may sayının təqdimatı üzrə keçirilən brifinqdə məlumat verib. Q.Abbasovun sözlərinə görə, hazırda Mədəniyyət və Turizm Nazirliyinin bir neçə məlumat sistemi var:
“Bu sistemlər, eyni zamanda getdikcə yeni sistemlər də yaradılaraq inkişaf etdirilir. Məsələn, kinoların reyestr sistemini qeyd etmək olar. Ölkə ərazisində göstərilən xarici filmlərin yayımı üçün lisenziyalar verilməlidir. Piratçılığa qarşı bu mübarizə yolu bütün dünyada mövcuddur. Ona görə də hər hansı kanalda yayımlanan filmlər nazirlikdə qeydiyyatdan keçdikdən sonra nümayiş etdirilir. Bu, özü filmlərlə bağlı bir bazadır. Digər sistem qeyri-maddi mədəni irsin siyahısı ilə bağlı reyestrdir. Azərbaycana aid mədəni abidələrin bir neçəsi YUNESKO-nun dünya mədəni irsinin siyahısına qəbul olunub. Həmin qeyri-maddi mədəni irs nümunələri reyestrində bizim adət-ənənələrimiz, folklorumuz haqqında məlumatlar da toplanılır”.
Həqiqət İSABALAYEVA
Mədəniyyət və Turizm Nazirliyində yeni sistemlərin inkişafına başlanılıb
Qarşıda duran məsələlərdən biri də “Mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibi, təşkili və idarə olunması Qaydası”nın təsdiq edilməsi ilə bağlıdır.Mədəniyyət və Turizm Nazirliyinin Təchizat və proqram təminatı şöbəsinin müdir müavini Qabil Abbasov bu barədə “Elektron hökumət” portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən “Elektron hökumət” bülleteninin may sayının təqdimatı üzrə keçirilən brifinqdə məlumat verib. Q.Abbasovun sözlərinə görə, hazırda Mədəniyyət və Turizm Nazirliyinin bir neçə məlumat sistemi var:
“Bu sistemlər, eyni zamanda getdikcə yeni sistemlər də yaradılaraq inkişaf etdirilir. Məsələn, kinoların reyestr sistemini qeyd etmək olar. Ölkə ərazisində göstərilən xarici filmlərin yayımı üçün lisenziyalar verilməlidir. Piratçılığa qarşı bu mübarizə yolu bütün dünyada mövcuddur. Ona görə də hər hansı kanalda yayımlanan filmlər nazirlikdə qeydiyyatdan keçdikdən sonra nümayiş etdirilir. Bu, özü filmlərlə bağlı bir bazadır. Digər sistem qeyri-maddi mədəni irsin siyahısı ilə bağlı reyestrdir. Azərbaycana aid mədəni abidələrin bir neçəsi YUNESKO-nun dünya mədəni irsinin siyahısına qəbul olunub. Həmin qeyri-maddi mədəni irs nümunələri reyestrində bizim adət-ənənələrimiz, folklorumuz haqqında məlumatlar da toplanılır”.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 585
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır