12px13px15px17px
Tarix:08/05/15

Son bir ayda ƏƏSMN-in e-xidmətlərindən 212500 dəfədən çox istifadə edilib

“Elektron hökumət” bülleteninin may sayında hazırlanmış elektron xidmətlər üzrə siyahıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) elektron xidmətləri yenə diqqət mərkəzində olub.

Belə ki, cari ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidmətindən istifadə sayı 151020 ədəd təşkil edib.
 
Həmçinin ƏƏSMN-in “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən 44581 dəfə, “İş yerinə dair arayış” e-xidmətindən 14018 dəfə istifadə olunub.
 
Hər üç e-xidmət son bir ayda da əhalinin “Elektron hökumət” portalı üzərindən ən çox faydalandığı e-xidmətlər sırasında ilk yerləri tutub. “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti ötən ilin ortalarından ƏƏSMN tərəfindən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi ilə əlaqədar əmək münasibətlərinin elektron qaydada rəsmiləşdirilməsi üçün əhalinin istifadəsinə verilib.
 
Bu sistem “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” və “İş yerinə dair arayış” e-xidmətlərinin də yaranmasını şərtləndirib. Ümumiyyətlə, vətəndaşlar aprel ayında ƏƏSMN-in bütün elektron xidmətlərindən 212512 dəfə yararlanıb.  
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 644

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024