12px13px15px17px
Tarix:08/05/15

Avropa Komissiyası vahid rəqəmli bazar strategiyasını təqdim edib

Avropa Komissiyası internet sahəsini və onun infrastrukturunu tənzimləyən qaydaların uyğunlaşdırılmasına yönələn vahid rəqəmli xidmətlər bazarı strategiyasını təqdim edib.
 
Avropa Komissiyası nümayəndələrinin fikrincə, Avropa İttifaqı (Aİ) ölkələrində yeni iş yerlərinin yaradılması və iqtisadi artım üçün həyatın və biznesin bütün sahələrində rəqəmli texnologiyaların tətbiqinə ehtiyac duyulur.
 
 
Komissiyanın vahid rəqəmli bazar üzrə sədr müavini Andryus Ansipin sözlərinə görə, bu təşəbbüsün reallaşması üçün üç vəzifəni yerinə yetirmək lazımdır.
 
Birincisi, mövcud transsərhəd maneələri aradan qaldırmaq lazımdır. Bununla əlaqədar komissiya istifadəçi hüquqlarının qorunmasına əməl etmək, xidmətlər üçün qiymətlərin şəffaflığını təmin etmək, rəqabət üçün şəraitin yaradılmasına dəstək vermək, müəllif hüquqları sahəsində qaydaları modernləşdirmək məqsədilə kompleks tədbirlər təklif edəcək.
 
Layihənin ikinci tərkib hissəsi bütün Avropa məkanında effektiv fəaliyyət göstərəcək yüksəkkeyfiyyətli rəqəmli infrastrukturun yaradılması olacaq. 
 
Sədr müavini üçüncü prinsipi kimi sənaye sahəsində rəqəmli texnologiyaların tətbiqini qeyd edib.
 
Avropa Komissiyasının sədri Jan-Klod Yunker təşəbbüsü bəyənərək onun Avropanın rəqəmli gələcəyi üçün əsas olduğunu bildirib.
 
“Mən qitə üzrə sərhədləri dəf edən ümumi telekommunikasiya şəbəkəsi və rəqəmli xidmətlər görmək istəyirəm. Arzum budur ki, bütün istifadəçilər ən yaxşı təkliflər alsın və biznes Avropada harada olmasından asılı olmayaraq geniş bazara çıxmaq imkanı əldə etsin”, - komissiya sədri vurğulayıb, - "Interfax” yazır.



Baxış sayı: 607

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024