12px13px15px17px
Tarix:08/05/15

Gələcəyin biometrik təhlükəsizlik sistemləri

Son 25 ildə böyükölçülü kompüterlər cibə yerləşən smartfonlara çevrilsə də, amma girişə nəzarət üsulları demək olar ki təkamül etməyib. Biz əvvəlki kimi parollardan istifadə edirik. Yaxın illərdə biometrik təhlükəsizlik sistemlərindən istifadə artacaq. Sifət və səsin tanınması kimi biometrik texnologiyalar tədricən kütləvi bazara daxil olur.

İndi hazırlanmaqda olan biometrik texnologiyaların siyahısı aşağıdakılardır:
 
 
  1. Qoxu. 2009-cu ildə ölkəyə ziyan vurmağı planlaşdıran şəxslərin identifikasiyasını təkmilləşdirmək istəyən ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi insanın unikal identifikasiyası metodu kimi bədən qoxusundan istifadəni yoxlayıb.
 
  1. Yeriş. Yaponiyalı tədqiqatçılar aşkar ediblər ki, insanın “3D” çəkilişinin köməyi ilə 90 faiz hallarda onu yerişindən müəyyən etmək olar.
 
  1. Klaviatura. Parolun daxil edilməsi zamanı klavişlərə sıxma sürəti və ritmini təhlil edərək avtorizasiyanın etibarlılığını yüksəltmək olar.
 
  1. "Koqnitiv iz". ABŞ-ın “DARPA” agentliyi rəqəm və hərflərdən ibarət parolun yadda saxlanılmasını köhnəlmiş üsul hesab edir. Agentlik "koqnitiv izlər" konsepsiyasını hazırlayır, istifadəçinin fasiləsiz autentifikasiyası üçün gözün qüzehi qişasının skan edilməsini, klaviatura dəsti xəttini və hətta veb-sörfinq vərdişlərini özündə birləşdirə bilər.
 
  1. Burun. Gözün torlu qişası üzrə insanları identifikasiya etmək mümkündür, amma britaniyalı alimlər maraqlı metod aşkar ediblər. Onlar “PhotoFace” proqramından istifadə edərək könüllülərin burnunu altı əsas tipə ayırıblar: roman, yunan, nubiya, qırğı burun, fındıqburun, burulmuş. Alimlər bu metodun üstünlüyü kimi onu qeyd edirlər ki, burnu gizlətmək və ya maskalamaq çox çətindir. Həmçinin çatışmazlıq məlumdur – burnun skan edilməsi gözün torlu qişası ilə müqayisədə bir qədər qeyri-dəqiqdir.
 
  1. Qulaq. Qulaq seyvanı yalnız eşitmə kanalının qoruması üçün deyil. Hazırlanmış sistem "qulaq izi" yaratmaq üçün orta qulağın boruşəkilli strukturunu və qulaq seyvanının ümumi formasını yadda saxlayır və 99,6 faiz hallarda insanı dəqiq tanımağa imkan verir.
 
  1. Dezoksiribinuklein turşusunun testi. Bu üsul insanı səhvsiz müəyyən edir, amma vaxt sərfinə və bahalığına görə gündəlik tətbiq edilmir. Amma tədqiqatçılar qrupu prosesin ucuzlaşması və sürətlənməsi üzərində işləyirlər.
 
 
Emil Hüseynov



Baxış sayı: 727

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024