12px13px15px17px
Tarix:12/05/15

VIII İnformatika Layihə Olimpiadasının final mərhələsi keçirilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu, Qafqaz Universiteti (QU) və "İstək" liseyinin təşkilatı dəstəyi ilə QU-da VIII İnformatika Layihə Olimpiadasının (İLO) final mərhələsi keçirilib.
 
Ümumi olaraq qeydiyyatdan keçmiş istifadəçi sayı 181, müsabiqəyə buraxılan layihə sayı isə 70 olub. Müsabiqədə respublikamızın bölgələri ilə yanaşı, Gürcüstandan məktəblilər də iştirak ediblər.
 
Tədbirin  açılışında Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç layihənin final mərhələsinə  ev sahibliyi etməkdən məmnun olduqlarını bildirib:
 
"Layihənin məqsədi biliklərin praktikaya çevrilməsidir. Umid edirəm ki, iştirak edən sagirdlər gələcəkdə daha da uğurlu nəticələrə müvəffəq olacaqlar’’.
Ölkəmizin böyük sənayesi və sənaye piotensialının mövcudluğundan söz açan AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev İLO-nun əhəmiyyətini qeyd edib: Bu gün dünyanın yeni ideyalara ehtiyacı var. Bu olimpiada da qabiliyyətli sagird və dəyərli layihələri üzə çıxarmağa imkan verir’.
 
 
Tədbirdə o da vurğulanıb ki, bu ildən etibarən Təşkilat Komitəsi ilk dəfə olaraq Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, Lənkəran, Ağdaş, Şirvan və Quba şəhərlərində olimpiada mərkəzlərini təşkil edərək bu mərkəzlərdə müəllimlər üçün "layihə olimpiadası komandalarını hazırlama metodikası" təlimlərinin təşkil edilməsini planlaşdırır.
 
Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın əsas prioritet məsələlərindən biri olan təhsil prosesində müasir informasiya texnologiyalarının sürətli tətbiqi məsələsində bu cür layihə olimpiadalarının keçirilməsinin çox böyük əhəmiyyəti var.
 
 
Beləliklə, qeydiyyatdan keçmiş layihələrdən "Qısa film" kateqoriyasında 18-dən 9-u, "Veb səhifəsi" kateqoriyasında 13-dən 7-si, "Proqramçılıq" kateqoriyasında 9-dan 4-ü, "Animasiya" kateqoriyasında 16-dan 7-si, "Robot və elektronika" kateqoriyasında 14-ündən 13-ü finala vəsiqə qazanmışdı. İlk yerləri "Veb səhifəsi" kateqoriyası üzrə "Nizami Gencevi", "Proqramçılıq" kateqoriyası üzrə "Dervion Education Center V2.8.1", "Animasiya" kateqoriyası üzrə «Çevrə üzrə bərabər sürətli hərəkət", "Robot və elektronika" kateqoriyası üzrə "Printer", "Qısa film" kateqoriyası üzrə "Carousel" layihəsi qazanıb.
Qeyd edək ki, 2007-ci ildən başlayaraq təşkil olunan məktəblilər arasında İnformatika Layihə Olimpiadasının (İLO, www.ilo.az) 7-cisi keçən il Qafqaz Universitetinin də təşkilati dəstəyi ilə respublikanın bir çox bölgələrindən göndərilən layihələrlə uğurla keçirilib və ictimaiyyətin də böyük marağına səbəb olub. İnternet vasitəsi ilə İLO  layihə olimpiadasının 1-ci seçmə mərhələsinə 220 layihə daxil olub, onlardan 65 layihə münsiflər heyəti tərəfindən final mərhələsinə layiq görülüb.
 
 
Bu olimpiadaya Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu və İKT sahəsində fəaliyyət göstərən bir sıra şirkətlər maraq göstərib, təşkilat komitəsində iştirak etmək və olimpiadanın genişləndirilməsi ilə bağlı bir çox təkliflər veriblər.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 673

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024