12px13px15px17px
Tarix:12/05/15

Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti üzrə seminarlar keçiriləcək

Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti üzrə seminarlara start verilir. Seminarlar Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə  Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) tərəfindən təşkil olunur.
 
 CASCFEN-in Mətbuat xidmətindən qeyd edilib ki, ilk seminar bu il mayın 23-də Bakı şəhərində baş tutacaq.
 
Seminarda "İfadə azadlığının təmin edilməsində Azərbaycanın da tərəfdar çıxdığı beynəlxalq normalar"; "Azərbaycan qanunlarında ifadə azadlığının təminatı"; "İfadə azadlığından sui-istifadə hallarının yaratdığı məsuliyyət"; "Sosial şəbəkələr və digər onlayn platformalarda ifadə azadlığı mədəniyyəti – netiket"; "Netiketin pozulma halları və onların aradan qaldırılması"; "Tədris prosesində onlayn mənbələrlə iş zamanı netiketə əməl edilməsi"; "Örnəklər üzərində iş" kimi mövzulara yer veriləcək. Seminara yalnız orta məktəb müəllimləri qatıla bilər. Yerlər məhdud olduğu üçün ilk müraciət edənlərə üstünlük veriləcək. Seminarda 25 nəfərin iştirakı nəzərdə tutulur. Sonda iştirakçılara CASCFEN-in sertifikatı təqdim olunacaq.
 
Layihə rəhbəri Azər Həsrət qeyd edib ki, qatılmaq istəyənlər ən geci 20 may tarixinə qədər (info@cascfen.net və ya azer@azerhasret.com. www.cascfen.net) müraciət etməlidirlər:
 
 "İştirak etmək istəyənlər özləri haqda bilgiləri e-poçtla göndərməlidirlər. Seminar ödənişsizdir. Amma şərt var. Belə ki, kompüter bilgiləri aşağı səviyyədə olanlar seminarlara qəbul edilməyəcək. Sosial şəbəkələrdən istifadə etməyənlərin də seminarda iştirakı təmin edilməyəcək".
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 826

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024