12px13px15px17px
Tarix:12/05/15

Ölkədə muzdla işləyənlərin 1,7 faizi informasiya və rabitə sahəsində fəaliyyət göstərir

Azərbaycanda muzdla işləyənlərin 1,7 faizi informasiya və rabitə sahəsində fəaliyyət göstərir.
 
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
 
DSK-nın açıqladığı statistik göstəricilərə görə, 2015-ci il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1507,0 min nəfər olub, onlardan 879,2 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 627,8 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. 
 
Onların da 12,4 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, elmi və texniki fəaliyyət sahəsində və 17,7 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.
 
 
2015-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 449,5 manat təşkil edib. İqtisadiyyatın informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
 
 
SEYMUR



Baxış sayı: 574

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024