Tarix:12/05/15
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, aprel ayında adıçəkilən e-xidmətdən 7868 dəfə istifadə olunub.
Xidmət hüquqi, fiziki şəxslərin, torpaq mülkiyyətçilərinin öz uçot nömrələri barədə məlumatı dərhal, maneəsiz əldə etməyə imkan verir. Sözügedən xidmət portalın “Qeydiyyatsız xidmətlər” bölməsində yerləşdirilib.
Müraciət edən hüquqi və fiziki şəxs yalnız öz VÖEN-ini, torpaq pay mülkiyyətçisi isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin seriya və nömrəsini daxil etməklə sığortaedənin uçot nömrəsini (SUN) dərhal öyrənə bilər.
Qeyd edək ki, “SUN” sığortaedənin elektron xidmətlərdən istifadəsi üçün tələb olunan əsas göstəricilərdən biridir. Bu nömrəni sığortaedən əldə etməklə hesabatlarını elektron qaydada göndərmək, məcburi dövlət sosial sığorta haqlarını onlayn ödəmək və digər elektron xidmətlərdən istifadə etmək imkanını qazanır.
CAHANGİR
Apreldə 8 minə yaxın sığortaedən uçot nömrəsini elektron qaydada öyrənib
Dövlət Sosial Müdafiə Fondunun “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” elektron xidməti növbəti dəfə istifadəçilərin “Elektron hökumət” portalı üzərindən ən çox faydalandığı xidmətlərdən olub.“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, aprel ayında adıçəkilən e-xidmətdən 7868 dəfə istifadə olunub.
Xidmət hüquqi, fiziki şəxslərin, torpaq mülkiyyətçilərinin öz uçot nömrələri barədə məlumatı dərhal, maneəsiz əldə etməyə imkan verir. Sözügedən xidmət portalın “Qeydiyyatsız xidmətlər” bölməsində yerləşdirilib.
Müraciət edən hüquqi və fiziki şəxs yalnız öz VÖEN-ini, torpaq pay mülkiyyətçisi isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin seriya və nömrəsini daxil etməklə sığortaedənin uçot nömrəsini (SUN) dərhal öyrənə bilər.
Qeyd edək ki, “SUN” sığortaedənin elektron xidmətlərdən istifadəsi üçün tələb olunan əsas göstəricilərdən biridir. Bu nömrəni sığortaedən əldə etməklə hesabatlarını elektron qaydada göndərmək, məcburi dövlət sosial sığorta haqlarını onlayn ödəmək və digər elektron xidmətlərdən istifadə etmək imkanını qazanır.
CAHANGİR
Baxış sayı: 801
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı