Tarix:12/05/15
Mədəniyyət və Turizm Nazirliyinin Təchizat və proqram təminatı şöbəsinin müdir müavini Qabil Abbasov bu fikrini “Elektron hökumət” portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən “Elektron hökumət” bülleteninin may sayının təqdimatı üzrə keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, kitabxana sistemi digər sistemlərdən çox fərqlənir, eyni zamanda bu sistemi yaratmaq da çətindir:
“Amma “Ultra” şirkəti bir neçə ilin içində bu sistemi formalaşdırdı və yaratdı. Düşünürəm ki, ALİSA avtomatlaşdırılmış kitabxana-informasiya sistemi cari ilin ortalarından Azərbaycan kitabxanalarına kütləvi şəkildə tətbiq olunacaq. Rəqəmsal kitabların əldə olunması, kitabxanalarda olan kitabların rəqəmsallaşdırılması və digər məsələlərin hamısı sistemin təşkilində nəzərdə tutulub və müvafiq qurğular da alınıb. Azərbaycan Milli Kitabxanasında artıq bu istiqamətdə işlər aparılır”.
Qeyd edək ki, Vahid Mərkəzləşdirilmiş Kitabxana İnformasiya sistemi Milli Kitabxana və Mədəniyyət və Turizm Nazirliyinin birgə məhsuludur. “Ultra” şirkəti bu sistemin işlənib hazırlanma prosesində dünyanın ən qabaqcıl kitabxana sistemlərinin təcrübəsindən faydalanıb, xüsusi kitabxana işi üzrə mütəxəssis komandası ilə işləyib. Hazırlanmış ALISA sistemi ən son texnologiyaların tətbiqi ilə işlənmiş veb əsaslı sistemdir. Sistem MARC 21, ISO 2709, UNICODE, Z 39.50 və digər standart və protokollar üzərində qurularaq istənilən milli, ictimai, özəl, universitet, məktəb kitabxana proseslərinin tam avtomatlaşdırılması üçün bütün funksionallıqları özündə əks etdirir.
Proqram komplektləşdirmə, kataloqlaşdırma, elektron kataloq, idarəetmə və təşkilati struktur modulları, ətraflı axtarış, onlayn əməliyyatlar, rezervasiya, kitab verilişi, hesabat və statistika və digər modullardan ibarətdir.
Bütün proseslərin reallaşdırılması üçün Azərbaycan Milli Kitabxanasında “Vahid Elektron Kitabxana Qeydiyyat və Məlumatların İdarəedilməsi Sistemi” üzrə avadanlıqların tətbiqi və proqram təminatının yaradılması işləri həyata keçirilib, kitabxana-informasiya şəbəkəsinə daxil olan kitabxanaların məlumatlarının idarəedilməsi və qorunması üçün ekranlaşdırılmış server otağı (“DATA” Mərkəz) yaradılıb.
Həqiqət İSABALAYEVA
Vahid Mərkəzləşdirilmiş Kitabxana İnformasiya Sisteminin kütləvi tətbiqinə başlanılacaq
Vahid Mərkəzləşdirilmiş Kitabxana İnformasiya Sistemi (ALİSA) artıq Bakının 3 kitabxanasında test formasında yoxlanılıb. Sistem 4 rayon kitabxanasına da quraşdırılıb. Sistem, demək olar ki, hazırdır.Mədəniyyət və Turizm Nazirliyinin Təchizat və proqram təminatı şöbəsinin müdir müavini Qabil Abbasov bu fikrini “Elektron hökumət” portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən “Elektron hökumət” bülleteninin may sayının təqdimatı üzrə keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, kitabxana sistemi digər sistemlərdən çox fərqlənir, eyni zamanda bu sistemi yaratmaq da çətindir:
“Amma “Ultra” şirkəti bir neçə ilin içində bu sistemi formalaşdırdı və yaratdı. Düşünürəm ki, ALİSA avtomatlaşdırılmış kitabxana-informasiya sistemi cari ilin ortalarından Azərbaycan kitabxanalarına kütləvi şəkildə tətbiq olunacaq. Rəqəmsal kitabların əldə olunması, kitabxanalarda olan kitabların rəqəmsallaşdırılması və digər məsələlərin hamısı sistemin təşkilində nəzərdə tutulub və müvafiq qurğular da alınıb. Azərbaycan Milli Kitabxanasında artıq bu istiqamətdə işlər aparılır”.
Qeyd edək ki, Vahid Mərkəzləşdirilmiş Kitabxana İnformasiya sistemi Milli Kitabxana və Mədəniyyət və Turizm Nazirliyinin birgə məhsuludur. “Ultra” şirkəti bu sistemin işlənib hazırlanma prosesində dünyanın ən qabaqcıl kitabxana sistemlərinin təcrübəsindən faydalanıb, xüsusi kitabxana işi üzrə mütəxəssis komandası ilə işləyib. Hazırlanmış ALISA sistemi ən son texnologiyaların tətbiqi ilə işlənmiş veb əsaslı sistemdir. Sistem MARC 21, ISO 2709, UNICODE, Z 39.50 və digər standart və protokollar üzərində qurularaq istənilən milli, ictimai, özəl, universitet, məktəb kitabxana proseslərinin tam avtomatlaşdırılması üçün bütün funksionallıqları özündə əks etdirir.
Proqram komplektləşdirmə, kataloqlaşdırma, elektron kataloq, idarəetmə və təşkilati struktur modulları, ətraflı axtarış, onlayn əməliyyatlar, rezervasiya, kitab verilişi, hesabat və statistika və digər modullardan ibarətdir.
Bütün proseslərin reallaşdırılması üçün Azərbaycan Milli Kitabxanasında “Vahid Elektron Kitabxana Qeydiyyat və Məlumatların İdarəedilməsi Sistemi” üzrə avadanlıqların tətbiqi və proqram təminatının yaradılması işləri həyata keçirilib, kitabxana-informasiya şəbəkəsinə daxil olan kitabxanaların məlumatlarının idarəedilməsi və qorunması üçün ekranlaşdırılmış server otağı (“DATA” Mərkəz) yaradılıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1168
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır