Tarix:12/05/15
Nömrələnmiş sertifikatlar nazirliyin informasiya bazasında qeydə alınıb. TPİ-dən bildirilib ki, distant davam edən "Elektron məktəb üçün elektron müəllim" kursu may ayında başa çatıb.
Kursu müvəffəqiyyətlə bitirən müdavimlərə sertifikatların verilməsi ilə əlaqədar TPİ-də görüş təşkil olunub. İnstitutun direktor müavini, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Ənvər Abbasov iştirakçılara böyük yaradıcılıq nailiyyətləri və uğurlar arzulayaraq onlara bu səmərəli işlərində beynəlxalq aləmdə inkişafyönümlü nəticələri ilə seçilmələrini arzulayıb.
Qeyd edək ki, "Elektron məktəb üçün Elektron müəllim" kursuna "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın (2.2.1. yeni kurikulumlara və informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyalarına uyğun metodiki vəsaitlərin, didaktik materialların və təlim vasitələrinin hazırlanmasını stimullaşdıran yeni mexanizmlərin yaradılması; distant təhsil və s.) məzmununu əsas götürərək start verilib. Artıq bütün Azərbaycan bölgələrini əhatə edən təhsil müəssisələrində çalışanların, bu kurslarda iştirak edənlərin sayı durmadan artmaqda davam edir.
"Elektron məktəb üçün elektron müəllim" kursu respublikanın əməkdar müəllimi, beynəlxalq dərəcəli təlimçi Almaz Həsrət tərəfindən keçirilib. Kursun 2 günü institutun konfrans zalında auditoriya şəraitində müəllimlərin birbaşa iştirakı ilə, digər günlər isə məsafədən (distant) olaraq 1 ay müddətində keçirilib. Elektron təhsilə keçidlə əlaqədar olaraq kursda müəllimlərə mühazirə, təqdimat, müzakirə, "workshop", debat və veb texnologiyalarından istifadə etmə kimi təlim formatından istifadə olunaraq maraqlı distant dərslər keçirilib. Kursun keçirilməsi zamanı bir sıra maraqlı mövzulara toxunulub. 30 saatlıq proqram çərçivəsində keçirilən dərslərə:
"Elektron məktəb üçün elektron müəllim hazırlığının ən vacib aspektləri", "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası sənədi", "Distant – məsafədən təhsil zamanı virtual sinfin yaradılması, Distant təhsilin keçirilməsi yolları", "İKT-nin pedaqoji sahədə tətbiqi imkanları", "İKT-nin şagirdlərdə informasiya mədəniyyətinin formalaşdırılmasında rolu", "İKT, ev, məktəb və mədəniyyət", "Sosial şəbəkələr və təhsil", "Veb texnologiyalar", "Elektron dərslərin hazırlanması mexanizmi", müəllimlərin şəxsi veb səhifələrinin, bloqlarının yaradılması, "Onlayn etika-netiket" və s. daxildir.
Kursda müəllimlərin elektron dərs, elektron resurslarının müxtəlif kompüter proqram və servislərdən istifadə etməklə yerləşdirilməsi, müəllim və şagirdlərin elektron portfoliosunun hazırlanması, distant olaraq şagirdlərlə işləmə bacarığının formalaşdırılması, distant təhsili aparma qaydaları və s. istiqamətlər üzrə hazırlığı aparılıb. Kursa Şəmkir, Tərtər, Neftçala, Şəki, Göyçay, Tovuz, Yardımlı, Samux, Qazax, Qax, Gəncə rayonlarından, həmçinin, Qaradağ rayonu, Sumqayıt və Bakı şəhərlərindən gəlmiş 42 təhsil işçisi qatılıb.
Həqiqət İSABALAYEVA
“Elektron məktəb üçün elektron müəllim” kursu başa çatıb
Təhsil Problemləri İnstitutu (TPİ) nəzdində keçirilən "Elektron məktəb üçün elektron müəllim" təlimlərinin növbəti iştirakçılarına Təhsil Nazirliyinin nömrələnmiş sertifikatları təqdim edilib.Nömrələnmiş sertifikatlar nazirliyin informasiya bazasında qeydə alınıb. TPİ-dən bildirilib ki, distant davam edən "Elektron məktəb üçün elektron müəllim" kursu may ayında başa çatıb.
Kursu müvəffəqiyyətlə bitirən müdavimlərə sertifikatların verilməsi ilə əlaqədar TPİ-də görüş təşkil olunub. İnstitutun direktor müavini, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Ənvər Abbasov iştirakçılara böyük yaradıcılıq nailiyyətləri və uğurlar arzulayaraq onlara bu səmərəli işlərində beynəlxalq aləmdə inkişafyönümlü nəticələri ilə seçilmələrini arzulayıb.
Qeyd edək ki, "Elektron məktəb üçün Elektron müəllim" kursuna "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın (2.2.1. yeni kurikulumlara və informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyalarına uyğun metodiki vəsaitlərin, didaktik materialların və təlim vasitələrinin hazırlanmasını stimullaşdıran yeni mexanizmlərin yaradılması; distant təhsil və s.) məzmununu əsas götürərək start verilib. Artıq bütün Azərbaycan bölgələrini əhatə edən təhsil müəssisələrində çalışanların, bu kurslarda iştirak edənlərin sayı durmadan artmaqda davam edir.
"Elektron məktəb üçün elektron müəllim" kursu respublikanın əməkdar müəllimi, beynəlxalq dərəcəli təlimçi Almaz Həsrət tərəfindən keçirilib. Kursun 2 günü institutun konfrans zalında auditoriya şəraitində müəllimlərin birbaşa iştirakı ilə, digər günlər isə məsafədən (distant) olaraq 1 ay müddətində keçirilib. Elektron təhsilə keçidlə əlaqədar olaraq kursda müəllimlərə mühazirə, təqdimat, müzakirə, "workshop", debat və veb texnologiyalarından istifadə etmə kimi təlim formatından istifadə olunaraq maraqlı distant dərslər keçirilib. Kursun keçirilməsi zamanı bir sıra maraqlı mövzulara toxunulub. 30 saatlıq proqram çərçivəsində keçirilən dərslərə:
"Elektron məktəb üçün elektron müəllim hazırlığının ən vacib aspektləri", "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası sənədi", "Distant – məsafədən təhsil zamanı virtual sinfin yaradılması, Distant təhsilin keçirilməsi yolları", "İKT-nin pedaqoji sahədə tətbiqi imkanları", "İKT-nin şagirdlərdə informasiya mədəniyyətinin formalaşdırılmasında rolu", "İKT, ev, məktəb və mədəniyyət", "Sosial şəbəkələr və təhsil", "Veb texnologiyalar", "Elektron dərslərin hazırlanması mexanizmi", müəllimlərin şəxsi veb səhifələrinin, bloqlarının yaradılması, "Onlayn etika-netiket" və s. daxildir.
Kursda müəllimlərin elektron dərs, elektron resurslarının müxtəlif kompüter proqram və servislərdən istifadə etməklə yerləşdirilməsi, müəllim və şagirdlərin elektron portfoliosunun hazırlanması, distant olaraq şagirdlərlə işləmə bacarığının formalaşdırılması, distant təhsili aparma qaydaları və s. istiqamətlər üzrə hazırlığı aparılıb. Kursa Şəmkir, Tərtər, Neftçala, Şəki, Göyçay, Tovuz, Yardımlı, Samux, Qazax, Qax, Gəncə rayonlarından, həmçinin, Qaradağ rayonu, Sumqayıt və Bakı şəhərlərindən gəlmiş 42 təhsil işçisi qatılıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 725
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır