12px13px15px17px
Tarix:13/05/15

“Skype Translator” proqramının açıq sınaqlarına başlanılıb

"The Verge" nəşri yazır ki, "Microsoft" şirkəti altı ay sınaqlardan sonra "Windows" istifadəçilərinə "Skype Translator" (real vaxt rejimində səsli zənglər və mətn mesajları tərcümə etməyə imkan verən proqram) quraşdırmaq imkanı verib.
 
"ICTnews" elektron xəbər xidməti "tjournal.ru" saytına istinadən bildirir ki, "Skype Translator" proqramının ilk sınaq relizi ispan və ingilis dillərinin tərcüməsinə imkan verən 50 min istifadəçi üçün əlçatan olub. "Microsoft" korporasiyası mayın 12-də proqrama italyan və Çin dilləri əlavə edilib.
 
"Skype Translator", həmçinin mətn mesajlarını 44 müxtəlif dilə tərcümə edə və onlayn rejimdə öyrənə bilər: səsi tanımaq, nitqi təhlil etmək, istifadəçinin aksenti və tez-tez istifadə etdiyi sözlər.
 
"Microsoft" ilk dəfə 2012-ci ildə bu funksiyanı nümayiş etdirib.
 
Yalnız "Windows" istifadəçiləri ("Windows 8" və ya "Windows 10" versiyaları) "Skype Translator" proqramının sınaq versiyasını quraşdıra bilər.
 
Emil Hüseynov



Baxış sayı: 899

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024