Tarix:13/05/15
Hazırkı dünyada turist cəlb etməyin və turist, müştəri məmnunluğu yaratmağın İKT-siz mümkün olmadığını düşünən BMÜTT ekspertləri hesab edirlər ki, ölkələrin internet infrastrukturunu genişləndirməsi və mobilı texnologiyanı inkişaf etdirməsi turist cəlb edən amillərdəndir.
Çünki istənilən əraziyə səfər edən insanlar həm ölkələrindəki yaxınları ilə tez bir zamanda bağlantı qurmaq, eləcə də səfərlərdə olarkən belə internet üzərindən gündəlik fəaliyyətlərini həyata keçirmək, həm də çəkdikləri şəkilləri və videoları anında sosial şəbəkələr vasitəsi ilə paylaşmaq istəyirlər.
Bu tendensiya ilə bağlı olaraq İsrailin Hayfa şəhərində BMÜTT-nin Avropa üzrə Regional Komissiyasının 58-ci iclası və “Turizm təcrübəsinin artırılmasında mobil texnologiyalar” mövzusunda seminarı keçirilib.
11-14 may tarixlərini əhatə edən seminarda əsas diqqət turizmdə İKT və mobil texnologiyalar əsas müzakirə edilən mövzulardan olub. Sessiyada 2014-2015-ci illər üzrə Fəaliyyət Planının yerinə yetirilməsi üzrə nəticələr, həmçinin, 2016-2017-ci illər üzrə Fəaliyyət Planı, BMÜTT-nin Baş Assambleyasının 21-ci Sessiyasına hazırlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eləcə də turizmin inkişafında mobil texnologiyaların rolu, turist cəlb edilməsində və onlarda müsbət təəssüratların yaradılmasında texnoloji yeniliklərdən istifadə, turizmin müxtəlif sahələrdə inkişaf tendensiyaları ilə ayaqlaşması zərurəti və s. məsələlər diqqət mərkəzinə gətirilib.
Azərbaycan nümayəndələrinin də (Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları) qatıldığı tədbirlərdə BMÜTT-nin baş katibi Taleb Rifai, həmçinin 27 ölkənin rəhbər şəxsləri və digər nümayəndələri iştirak edib.
Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdir müavini Rauf Paşayev ölkəmizdə İKT sahəsində əldə olunan uğurlardan danışaraq onun turizmə təsirlərindən söz açıb.
Qeyd olunub ki, Azərbaycanda İKT infrastrukturunun genişləndirilməsi, internetin əlçatımlığı və ölkənin istənilən ərazisindən həm kompüterlərlə, həm də mobil telefonlarla internetə daxil olmağın mümkünlüyü turistlərin məmnunluğuna səbəb olan amillərdən biridir.
SEYMUR
Azərbaycana gələn turistlər İKT xidmətlərindən məmnun qalırlar
Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı (BMÜTT) turizm sahəsində informasiya-kommunikasiya texnologiyalarının, eləcə də mobil texnologiyaların geniş tətbiq edilməsini dünya ictimaiyyətinə tövsiyə edib.Hazırkı dünyada turist cəlb etməyin və turist, müştəri məmnunluğu yaratmağın İKT-siz mümkün olmadığını düşünən BMÜTT ekspertləri hesab edirlər ki, ölkələrin internet infrastrukturunu genişləndirməsi və mobilı texnologiyanı inkişaf etdirməsi turist cəlb edən amillərdəndir.
Çünki istənilən əraziyə səfər edən insanlar həm ölkələrindəki yaxınları ilə tez bir zamanda bağlantı qurmaq, eləcə də səfərlərdə olarkən belə internet üzərindən gündəlik fəaliyyətlərini həyata keçirmək, həm də çəkdikləri şəkilləri və videoları anında sosial şəbəkələr vasitəsi ilə paylaşmaq istəyirlər.
Bu tendensiya ilə bağlı olaraq İsrailin Hayfa şəhərində BMÜTT-nin Avropa üzrə Regional Komissiyasının 58-ci iclası və “Turizm təcrübəsinin artırılmasında mobil texnologiyalar” mövzusunda seminarı keçirilib.
11-14 may tarixlərini əhatə edən seminarda əsas diqqət turizmdə İKT və mobil texnologiyalar əsas müzakirə edilən mövzulardan olub. Sessiyada 2014-2015-ci illər üzrə Fəaliyyət Planının yerinə yetirilməsi üzrə nəticələr, həmçinin, 2016-2017-ci illər üzrə Fəaliyyət Planı, BMÜTT-nin Baş Assambleyasının 21-ci Sessiyasına hazırlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eləcə də turizmin inkişafında mobil texnologiyaların rolu, turist cəlb edilməsində və onlarda müsbət təəssüratların yaradılmasında texnoloji yeniliklərdən istifadə, turizmin müxtəlif sahələrdə inkişaf tendensiyaları ilə ayaqlaşması zərurəti və s. məsələlər diqqət mərkəzinə gətirilib.
Azərbaycan nümayəndələrinin də (Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları) qatıldığı tədbirlərdə BMÜTT-nin baş katibi Taleb Rifai, həmçinin 27 ölkənin rəhbər şəxsləri və digər nümayəndələri iştirak edib.
Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdir müavini Rauf Paşayev ölkəmizdə İKT sahəsində əldə olunan uğurlardan danışaraq onun turizmə təsirlərindən söz açıb.
Qeyd olunub ki, Azərbaycanda İKT infrastrukturunun genişləndirilməsi, internetin əlçatımlığı və ölkənin istənilən ərazisindən həm kompüterlərlə, həm də mobil telefonlarla internetə daxil olmağın mümkünlüyü turistlərin məmnunluğuna səbəb olan amillərdən biridir.
SEYMUR
Baxış sayı: 717
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır