12px13px15px17px
Tarix:13/05/15

Alimlər BMT-ni insanları smartfonların zərərli şüalanmasından qorumağa səsləyir

Bu həftənin əvvəlində 200-ə yaxın alim Birləşmiş Millətlər Təşkilatına (BMT) mobil telefon, noutbuk, planşet və digər simsiz qurğuların elektromaqnit şüalanmasından qorunmaq üçün normativ qaydalar qəbul etmək üçün müraciət ünvanlayıb.
 
“Şüalandırıcı qurğular orqanizmin canlı hüceyrələrini zədələyərək əksər insanlarda qəfil ölümə səbəb olur. Mobil rabitə qüllələri evləri şüalanma ilə əhatə edir. Telekommunikasiya avadanlığı və kabellərin hüceyrələrdə DNK-nı zədələməsi xüsusilə təhlükəlidir. Əksər bioloqlar xərçəng xəstəliklərinin artmasını bununla izah edir”, - Kolumbiya Universiteti Tibb Mərkəzinin mütəxəssisi Martin Blank deyib.  
 
Ekspertlərin sözlərinə görə, rabitə qüllələrindən elektromaqnit şüalanmanın insan orqanizminə daimi təsiri xərçəngə, eləcə də nevroloji, kardioloji və respirator xəstəliklərə səbəb ola bilər.
 
“Biz hüceyrə texnologiyaları üzrə mütəxəssis kimi hüceyrələrin şüalanmaya necə reaksiya verməsini yaxşı anlayırıq. Lakin təhlükəsizlik məsələlərini fizik, mühəndis, siyasətçi və sahibkarlar həll edən zaman biz ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda aciz oluruq, çirkləndirmə səviyyəsi kritik həddə çatanda isə orqanizmin və çoxlu sayda insanı yoluxduran xəstəliyin reaksiyasını görürük”, - ekspertlər qeyd edib.
 
M.Blank elektromaqnit şüalanması və artıq çəki, autizm və problemli doğuşlar arasında əlaqənin olmasını xüsusilə vurğulayıb. Tədqiqatçı kənar şüalanmadan qorunmaq üçün mobil telefon və simsiz qurğuları istifadə olunmayan zaman onları söndürməyi tövsiyə edir.  
 
Avstraliyalı ekspert Con Tikel də eyni fikirdədir. Onun sözlərinə görə, mobil telefon və rabitə qüllələrindən şüalanma beyində xərçəngin inkişafına yol açır, - "Hi-News” yazır.



Baxış sayı: 1113

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024