12px13px15px17px
Tarix:13/05/15

BDU-nun Nanoaraşdırmalar Mərkəzində hazırlanmış layihə ABŞ-da qızıl medala layiq görüldü

Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar Mərkəzində hazırlanmış layihə ABŞ-da qızıl medala layiq görüldü.
 
Belə ki, Bakı Avropa liseyinin şagirdləri Fərrux Rəhmətzadə, Ayan Hacıbəyli, Fuad Abdulzadə  Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laboratoriyasında professor Məhəmmədəli Ramazanov və dosent İsmət  Əhmədovun  rəhbərliyi ilə yerinə yetirilmiş “Nanohissəciklərin bitkilərdə sorulması, hərəkəti və toplanması: nanofitotoksikologiya”  mövzusunda elmi layihəsi ilə  7-10 May 2015 -ci il tarixində ABŞ-ın  Hyuston şəhərində (Texas ştatı) 70 ölkənin və Amerikanın 48 ştatının iştirakı ilə keçirilən Beynəlxalq Davamlı Dünya (Enerji, Mühəndislik və Ətraf Mühit)  Layihə olimpiadasında iştirak ediblər.
 
 Layihə olimpiadaya “Ətraf mühitin idarə edilməsi və çirklənmə”  üzrə təqdim olunmuş 200 layihə içərisində qalib hesab  edilərək qızıl medala  layiq görülüb.
 
Bununla da iştirakçılar Azərbaycan bayrağını intellektual yarışmada yüksəyə qaldırıblar.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 865

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024