Tarix:14/05/15
Onlayn satışda ən yüksək paya Lüksemburq şirkətləri (46,4 faiz) malikdir. Sonrakı yerlərdə Latviya (37,2 faiz) və Rumıniya (36 faiz) şirkətləri qərarlaşıb. Yunanıstanda ötən il satış həcminin yalnız 18,3 faizi internetin payına düşüb. Slovakiyada bu göstərici bir qədər yüksəkdir (19,2 faiz). Bu barədə Avropa Komissiyasının “Onlayn fəaliyyətlə məşğul olan şirkətlər” adlı tədqiqatında deyilir. Komissiya onu da açıqlayıb ki, xarici bazarlara mal satan hər beşinci şirkət ABŞ, İsveçrə, Norveç və İslandiyada mal və xidmətlər satıb.
Hazırda internetdə digər Avropa ölkələrinə mal satmayan şirkətlər hələ də var. Bu şirkətlərin 21 faizi onlayn ticarəti genişləndirməyi düşünür, 58 faizi isə bunu heç vaxt etməyəcəyini bəyan edib. İnternet ticarəti ilə məşğul olan şirkətlər qiymətin baha olması kimi bir sıra çətinliklərlə üzləşir. Şirkət nümayəndələrinin sözlərinə görə, onları çatdırılma qiymətlərinin baha olması narahat edir, zəmanət və sifarişlərin geri qaytarılması da transsərhəd mübahisələrinin həlli kimi baha başa gəlir. Avropa İttifaqında onlayn ticarətin genişlənməsi yolunda maneə tənzimləmə və qanunvericiliyin təkmilləşdirilməsi qeyd olunur, - "Payspacemagazine” yazır.
Avropa şirkətlərinin satışının dörddə bir hissəsi internetdə həyata keçirilir
Avropa şirkətlərinin ötən il ümumi gəlirlərinin 25,7 faizi internet satışından daxil olub. Onlayn kanal vasitəsilə həyata keçirilən satış həcminin ən yüksək xüsusi çəkisi Şimali və Mərkəzi Avropa şirkətlərində müşahidə olunub. Onlayn satışın 85,4 faizi şirkətin qeydiyyatdan keçdiyi ölkədən kənarda həyata keçirilib, 10,3 faiz digər Avropa ölkələrinin payına düşüb.Onlayn satışda ən yüksək paya Lüksemburq şirkətləri (46,4 faiz) malikdir. Sonrakı yerlərdə Latviya (37,2 faiz) və Rumıniya (36 faiz) şirkətləri qərarlaşıb. Yunanıstanda ötən il satış həcminin yalnız 18,3 faizi internetin payına düşüb. Slovakiyada bu göstərici bir qədər yüksəkdir (19,2 faiz). Bu barədə Avropa Komissiyasının “Onlayn fəaliyyətlə məşğul olan şirkətlər” adlı tədqiqatında deyilir. Komissiya onu da açıqlayıb ki, xarici bazarlara mal satan hər beşinci şirkət ABŞ, İsveçrə, Norveç və İslandiyada mal və xidmətlər satıb.
Hazırda internetdə digər Avropa ölkələrinə mal satmayan şirkətlər hələ də var. Bu şirkətlərin 21 faizi onlayn ticarəti genişləndirməyi düşünür, 58 faizi isə bunu heç vaxt etməyəcəyini bəyan edib. İnternet ticarəti ilə məşğul olan şirkətlər qiymətin baha olması kimi bir sıra çətinliklərlə üzləşir. Şirkət nümayəndələrinin sözlərinə görə, onları çatdırılma qiymətlərinin baha olması narahat edir, zəmanət və sifarişlərin geri qaytarılması da transsərhəd mübahisələrinin həlli kimi baha başa gəlir. Avropa İttifaqında onlayn ticarətin genişlənməsi yolunda maneə tənzimləmə və qanunvericiliyin təkmilləşdirilməsi qeyd olunur, - "Payspacemagazine” yazır.
Baxış sayı: 686
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib