12px13px15px17px
Tarix:14/05/15

"Amazon"a rəqib gəlir

"Wal-Mart Stores Inc"   bu ilin yay aylarında   illik ödənişi 50 dollar olan limitsiz  onlayn  çatdırılmanı  testdən  keçirməyi planlaşdırır, bu  addım  "Amazon"un  99 dollara göstərdiyi “Praym” çatdırılma  servisinə  zərbə  olacaq.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, "Wal-Mart"  servisi ilkin mərhələdə  dəvətlə  olacaq  və şirkət öz  saytında  seçilmiş  məhsulları   müştərilərə  3 gün  müddətində  çatdıracağını  bildirib.  Şirkət  öz  veb  səhifəsində  7 milyon  məhsul  təklif  edir.
 
"Wal-Mart"ın  nümayəndəsinin  sözlərinə görə,  müştərilərin  sorğularına  əsasən  proqram  inkişaf  etdiriləcək.
 
Bu addım  "Wal-Mart"ın onlayn biznesinin  sürətlə  inkişafına və  "Amazon"un dominantlıq etdiyi bazarı bölüşdürməyə yönəltdiyi səylərin göstəricisidir.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 640

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024