12px13px15px17px
Tarix:14/05/15

On minlərlə ev və ofis routerləri virusa yoluxub

109 dövlətdə 40 mindən çox router “DDoS” hücumlar üçün istifadə edilən böyük botnetə qoşulub. Qurğulara giriş üçün standart loqin və parolları dəyişməyən istifadəçilər kibercinayətkarların fəaliyyətinin qurbanı olub.
 
 
"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, mütəxəssislər aydınlaşdırıb ki, botnetə qoşulmuş bütün routerlər üç növ troyan virusuna (“MrBlack”, “Dofloo” və “Mayday”) yoluxub. “Incapsula” şirkətinin hesabatına əsasən, “Linux” nüvəli əməliyyat sistemləri ilə işləyən qurğuların virusa yoluxması üçün nəzərdə tutulmuş bu troyanlar kibercinayətkarlar tərəfindən xüsusi olaraq “DDoS” hücumların keçirilməsi üçün hazırlanıb.
 
 
Şirkətin ekspertləri botnetin köməyi ilə ilk hücumları 2014-cü ilin dekabrında aşkar ediblər. Ekspertlər ötən ilin dekabrından 19 aprel 2015-ci il tarixinədək zərərli trafikin çıxdığı müxtəlif ölkələrin 1600 provayderinə məxsus 40269 “IP” ünvan qeydə alıb.
 
“IP” ünvanların 80 faizdən çoxu Tailand (64 faiz) və Braziliyanın (21 faiz) payına düşür. Tailand və Braziliyadan başqa, virusa yoluxmuş routerlərin sayına ABŞ, Hindistan və Serbiya ön sıralarda yerləşib.
 
 
Emil Hüseynov



Baxış sayı: 1171

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024