12px13px15px17px
Tarix:15/05/15

Ünvanlı dövlət sosial yardımı ilə bağlı avtomatlaşdırılmış sistemin yaradılması işləri davam etdirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı dövlət sosial yardımı üçün müraciətin edilməsi və yardımların təyin olunması prosesinin elektron əsaslar üzərində avtomatlaşdırılmış sisteminin yaradılması  üzrə işləri davam etdirir.
 
Nazirlikdən verilən məlumata görə, bu, Azərbaycan Prezidenti İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq həyata keçirilir.
 
Yeni sistem ünvanlı yardımların təyinatında məmur-vətəndaş ünsiyyətinin tam aradan qalxmasına, aztəminatlı şəxslərin ünvanlı sosial yardım sistemi üzrə sürətli və rahat, şəffaf xidmətlərə çıxış imkanı qazanmalarına səbəb olacaq.
 
CAHANGİR
 
 
 
 
 



Baxış sayı: 700

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024