12px13px15px17px
Tarix:15/05/15

İnformatika üzrə “X Ümumrespublika Olimpiadası”nın qalibləri mükafatlandırıldı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan "Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası"nın qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Qeyd edək ki, olimpiadanın 5 aprel 2015-ci il tarixində Qafqaz Universitetində keçirilmiş ilk mərhələsində Respublikanın 16 ali təhsil müəssisəsindən 55 komanda (hər komandada 3 nəfər) iştirak edib. Bu ildən tətbiq olunan yeni qaydalara əsasən birinci mərhələdə iştirak edən ali təhsil müəssələrinin ən yüksək nəticə göstərən bir komandası (12 ali təhsil müəssisəsindən 12 komanda) olimpiadanın final mərhələsinə vəsiqə qazanıb.

Olimpiadanın final mərhələsi 02.05.2015-ci il tarixində AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçirilib.
 
Finalda Qafqaz Universitetinin "Qafqaz Programmers" komandası 1-ci, Azərbaycan Texniki Universitetinin "AzTU1" və ADA Universitetinin "ADA U4" komandaları 2-ci, Milli Aviasiya Akademiyasının "NAA50", Azərbaycan Dövlət Neft Akademiyasının "ADNA1" və Bakı Ali Neft Məktəbinin "BHOS1" komandaları isə 3-cü yerə layiq görülüb.
 
 
Tədbirdə olimpiadanın qalibləri "HP" və "Nar Mobile" şirkətlərinin qiymətli hədiyyələri və fəxri fərmanlarla təltif edilib.
 
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan "Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası"nın 2007-2015-ci illər üzrə qalibləri aşağıdakı cədvəldə qeyd edilib.


 
İl Komandalar                 Təhsil müəssisəsi Yer
2015 Qafqaz Programmers
AzTU1
ADA U4
NAA50
ADNA1
BHOS1
Qafqaz Universiteti
Azərbaycan Texniki Universiteti
ADA Universiteti
Milli Aviasiya Akademiyası
Azərbaycan Dövlət Neft Akademiyası
Bakı Ali Neft Məktəbi
I
II
II
III
III
III
2014 Qafqaz Programmers
Baku MSU 1
Qafqaz U 4
Qafqaz U
BSU-NET
Qafqaz Universiteti
M.V.Lomonosov adına MDU Bakı filialı Qafqaz Universiteti
Qafqaz Universiteti
Bakı Dövlət Universiteti
I
II
III
IV
IV
2013 Qafqaz Programmers
Qafqaz U 5
Qafqaz U 3
Qafqaz Şahinləri
MSU Programmers
Norbet
Qafqaz Universiteti
Qafqaz Universiteti
Qafqaz Universiteti
Qafqaz Universiteti
M.V.Lomonosov adına MDU Bakı filialı Bakı Dövlət Universiteti
I
II
II
III
III
III
2012 Qafqaz Programmers
Norbet
Baku Qafqaz U 3
Baku Qafqaz U 7
Qafqaz Universiteti
Bakı Dövlət Universiteti
Qafqaz Universiteti
Qafqaz Universiteti
I
II
III
IV
2011 Qafqaz Programmers
Baku Qafqaz U 3
Qafqaz Şahinləri
Baku Qafqaz U 4
Stream
Qafqaz Universiteti
Qafqaz Universiteti
Qafqaz Universiteti
Qafqaz Universiteti
M.V.Lomonosov adına MDU Bakı filialı
I
II
III
III
III
2010 autorun.inf
LEKER
DOOM
Qafqaz Şahinləri
Bakı Dövlət Universiteti
Azərbaycan Dövlət Neft Akademiyası
M.V.Lomonosov adına MDU Bakı filialı
Qafqaz Universiteti
I
II
III
IV
2009 Overflow
Qafqaz Şahinləri
BSU1
Bakı Dövlət Universiteti
Qafqaz Universiteti
Bakı Dövlət Universiteti
I
II
III
2008 Qafqaz Şahinləri
İNF 14
ENG 1
Qafqaz Universiteti
Bakı Dövlət Universiteti
Bakı Dövlət Universiteti
I
II
III
2007 Qafqaz Şahinləri
ADNA-1
AzTU-3
Qafqaz Universiteti
Azərbaycan Dövlət Neft Akademiyası
Azərbaycan Texniki Universiteti
I
II
III
 
 



Baxış sayı: 1176

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024