Rasim Əliquliyev Avstriya Elmlər Akademiyasının illik ümumi yığıncağında iştirak edib
AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev mayın 8-də Vyanada keçirilən Avstriya Elmlər Akademiyasının illik ümumi yığıncağında iştirak edib.
1945-ci ildən etibarən 8 may tarixində qeyd olunan Avstriyanın azadlıq gününə həsr olunmuş tədbirdə Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer, Avstriya Elmlər Akademiyasının prezidenti Anton Zeylinger, vitse-kansler və federal nazir Reynhold Mitterlehner, professor Gerhard Kasper çıxış ediblər.
Yığıncaqda müxtəlif ölkələrin aparıcı alim və mütəxəssisləri, dövlət rəsmiləri iştirak ediblər.
Qeyd edək ki, Avstriya Elmlər Akademiyasının yaradılması təklifi 1713-ci ildə alman filosofu Qotfrid Leybnits tərəfindən irəli sürülmüşdür. Elmlər Akademiyası 1847-ci il 14 may tarixində Vyanada təsis edilmişdir.
Təşkilat 1947-ci ildə Avstriya Elmlər Akademiyası adlandırılmışdır. Hazırda akademiyanın nəzdində 29 elmi-tədqiqat institutu fəaliyyət göstərir. 770 üzvü və bütün elmi sahələr üzrə əsaslı tədqiqatlar aparan 1300 elmi işçisi vardır.
Baxış sayı: 798
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır