Mayın 17-də Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd ediləcək
Mayın 17-də Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd ediləcək.Bu günün qeyd olunmasının əsas məqsədi internet və informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin cəmiyyətlərə və ölkələrə verdiyi imkanlar barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək etməkdən ibarətdir.
Hər il dünyada bu günlə əlaqədar genişmiqyaslı tədbirlər təşkil olunur və BTİ tərəfindən elan edilən müəyyən mövzu ətrafında geniş fikir mübadiləsi aparılır. Cari ildə Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün mövzusu “Telekommunikasiya və İKT: innovasiyaların hərəkətverici qüvvələri” müəyyən olunub.
Məlumat üçün bildirək ki, bu günün tarixi Beynəlxalq Telekommunikasiya İttifaqının yaranmasına təsadüf edir. 2006-cı ildə BMT tərəfindən Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi təsis edilib.
Bu il Azərbaycanın Qızıl Tərəfdaşı olduğu BTİ fəaliyyət göstərdiyi illər ərzində bütün dünyada insanlar, cəmiyyətlər, dövlətlər və bütövlükdə bəşəriyyətin ən çox ehtiyac duyduğu sahələrdən biri olan kommunikasiya mühitinin formalaşmasına və inkişafına xidmət edib.
Xatırladaq ki, bu il BTİ-nin yaradılmasının 150 illiyi qeyd olunur.
Baxış sayı: 841
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır