Tarix:18/05/15
Enerji toplamazdan əvvəl kabel rozetkada “RFID” nişanını (obyektlərin avtomatik identifikasiya üsulu) oxuyaraq sürücü və elektrik sərfiyyatı haqqında məlumatları mobil rabitə vasitəsilə “Power Cube” şirkətinə ötürür. “Power Cube” avtomobil sahibinə hesabı təqdim edir və enerji şirkətinə ödənişi həyata keçirir. Kabel ilə tam enerji doldurma 6-8 saat təşkil edir, halbuki enerjidoldurma stansiyalarında buna iki dəfə çox vaxt sərf olunur.
“EV-Line” kabelinin qiyməti 900 dollar olsa da, şəhər bələdiyyəsi onu sürücülərə pulsuz verməyi düşünür. Paytaxt administrasiyası cari ilin sonunadək "EV-Line” üçün 10 min, 2018-ci ilin sonunadək 100 min enerjidoldurma nöqtəsi açmağı planlaşdırır. Cənubi Koreya Ekologiya Nazirliyi elektromobillərə keçidi 2011-ci ildə həvəsləndirir. Bu istiqamətdə elektrik avtomobil və motosikletlərin icarəyə verilməsi təşkil olunur, həmçinin dövlət qulluqçuları onlardan pulsuz istifadə edə bilirlər, - "Computerworld” yazır.
Cənubi Koreyada elektromobillərə keçid təşviq olunur
Cənubi Koreya paytaxtı Seul administrasiyası şəhərdə elektromobillərin sayını artırmaq niyyətindədir. Bu məqsədlə avtomobili adi rozetkadan enerji ilə doldurmağa imkan verən “EV-Line” kabel istehsalçısı “Power Cube” şirkəti ilə saziş imzalanıb. Sazişə görə, bu rozetkalar ev, ofis və s. yaxınlığında yerləşən dayanacaqlarda quraşdırılacaq.Enerji toplamazdan əvvəl kabel rozetkada “RFID” nişanını (obyektlərin avtomatik identifikasiya üsulu) oxuyaraq sürücü və elektrik sərfiyyatı haqqında məlumatları mobil rabitə vasitəsilə “Power Cube” şirkətinə ötürür. “Power Cube” avtomobil sahibinə hesabı təqdim edir və enerji şirkətinə ödənişi həyata keçirir. Kabel ilə tam enerji doldurma 6-8 saat təşkil edir, halbuki enerjidoldurma stansiyalarında buna iki dəfə çox vaxt sərf olunur.
“EV-Line” kabelinin qiyməti 900 dollar olsa da, şəhər bələdiyyəsi onu sürücülərə pulsuz verməyi düşünür. Paytaxt administrasiyası cari ilin sonunadək "EV-Line” üçün 10 min, 2018-ci ilin sonunadək 100 min enerjidoldurma nöqtəsi açmağı planlaşdırır. Cənubi Koreya Ekologiya Nazirliyi elektromobillərə keçidi 2011-ci ildə həvəsləndirir. Bu istiqamətdə elektrik avtomobil və motosikletlərin icarəyə verilməsi təşkil olunur, həmçinin dövlət qulluqçuları onlardan pulsuz istifadə edə bilirlər, - "Computerworld” yazır.
Baxış sayı: 593
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır