Tarix:18/05/15
“Microsoft” şirkətinin təhsil layihələri üzrə meneceri Emin Axundovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, “Imagine Cup” müsabiqəsinin məqsədi yeni layihə və tətbiqlərin yaradılmasını təşviq etməkdir.
“Yerli və qlobal mərhələlərdən ibarət olan müsabiqəyə bu ilin yanvar ayında start verilib və artıq müsabiqənin üç qalibi müəyyən edilib. Müsabiqədə qalib gələn üç startapdan biri oyundur, ikincisi, mobil əlavələr üzərində qurulmuş innovasiyadır, üçüncüsü isə fiziki imkanları məhdud olan insanlar üçün nəzərdə tutulmuş startapdır. Artıq bu startaplar qlobal müsabiqənin yarımfinalına çıxıblar və nəticələr artıq iyunun 1-də məlum olacaq”, - deyə o qeyd edib.
Ə. Axundovun sözlərinə əsasən, layihə tələbələri təcrübədə proqramlaşdırmağı, komandada işləməyi öyrətməyə yönəlib. Gələn ildən etibarən bu istiqamətdə işlər daha da intensivləşəcək. Layihənin reallaşmasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Yüksək Texnologiyalar Parkı, “Nar” mobil rabitə operatoru “Microsoft” şirkətini dəstəkləyirlər.
Xatırladaq ki, bu ilin beynəlxalq final mərhələsi önümüzdəki yay aylarında ABŞ-ın Sietl şəhərində keçiriləcək. “Imagine Cup” müsabiqəsi gənc mühəndislərin uğurlu yenilikçi ideyalarını işlək məhsul səviyyəsinə çatdırmaqla bərabər, eləcə də dünyanın ən istedadlı gənclərini bir arada toplayan ünsiyyət məkanı rolunu oynayır.
Müsabiqə tələbələri öz texniki bacarıqlarını və yaradıcı istedadlarını müxtəlif sosial çətinliklərin aradan qaldırılması yolunda tətbiq etməyə cəlb edir.
Aynur Vəliyeva
“Microsoft Imagine Cup” müsabiqəsinin yarımfinalında üç Azərbaycan startapı iştirak edəcək
Bakıda mayın 22-də “Microsoft Imagine Cup” gənc peşəkarlar arasında keçirilən illik müsabiqənin milli finalı keçiriləcək.“Microsoft” şirkətinin təhsil layihələri üzrə meneceri Emin Axundovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, “Imagine Cup” müsabiqəsinin məqsədi yeni layihə və tətbiqlərin yaradılmasını təşviq etməkdir.
“Yerli və qlobal mərhələlərdən ibarət olan müsabiqəyə bu ilin yanvar ayında start verilib və artıq müsabiqənin üç qalibi müəyyən edilib. Müsabiqədə qalib gələn üç startapdan biri oyundur, ikincisi, mobil əlavələr üzərində qurulmuş innovasiyadır, üçüncüsü isə fiziki imkanları məhdud olan insanlar üçün nəzərdə tutulmuş startapdır. Artıq bu startaplar qlobal müsabiqənin yarımfinalına çıxıblar və nəticələr artıq iyunun 1-də məlum olacaq”, - deyə o qeyd edib.
Ə. Axundovun sözlərinə əsasən, layihə tələbələri təcrübədə proqramlaşdırmağı, komandada işləməyi öyrətməyə yönəlib. Gələn ildən etibarən bu istiqamətdə işlər daha da intensivləşəcək. Layihənin reallaşmasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Yüksək Texnologiyalar Parkı, “Nar” mobil rabitə operatoru “Microsoft” şirkətini dəstəkləyirlər.
Xatırladaq ki, bu ilin beynəlxalq final mərhələsi önümüzdəki yay aylarında ABŞ-ın Sietl şəhərində keçiriləcək. “Imagine Cup” müsabiqəsi gənc mühəndislərin uğurlu yenilikçi ideyalarını işlək məhsul səviyyəsinə çatdırmaqla bərabər, eləcə də dünyanın ən istedadlı gənclərini bir arada toplayan ünsiyyət məkanı rolunu oynayır.
Müsabiqə tələbələri öz texniki bacarıqlarını və yaradıcı istedadlarını müxtəlif sosial çətinliklərin aradan qaldırılması yolunda tətbiq etməyə cəlb edir.
Aynur Vəliyeva
Baxış sayı: 733
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır