Tarix:18/05/15
İlk dəfə internetə çıxış isə 1991-ci ildə rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasovun rəhbərliyi ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunda həyata keçirilib.
Beləliklə, bu gün artıq Azərbaycanın ilk veb-portalı 20 yaşını qeyd edir. AMEA-nın rəsmi portalı olan “science.gov.az”-ın əsas məqsədi akademiya haqqında müvafiq məlumatların, onun çoxşaxəli fəaliyyətinin Azərbaycan və dünya ictimaiyyətinə çatdırılması, həmçinin akademiya əməkdaşlarının beynəlxalq elmi informasiya məkanı ilə əlaqələrinin təmin edilməsidir. Müxtəlif dövrlərdə müxtəlif inkişaf mərhələlərini keçən portal cari ildə yeni bir inkişaf dövrünə qədəm qoyub ki, bu da mühüm dəyişikliklərin baş verməsilə müşayiət olunub.
Akademiyadan bildirilib ki, son zamanlar AMEA-da islahatlar və struktur dəyişikliklərinin aparılması, AMEA-nın yeni korporativ üslubunun işlənilməsi və yeni texnologiyaların meydana gəlməsi veb-portalın yenidən qurulması zərurətini ortaya qoyub. Bu zərurətdən irəli gələrək AMEA Rəyasət Heyətinin 3 iyul 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “AMEA Rəyasət Heyətinin informasiyalaşdırılmasına dair Fəaliyyət Planı”nda digər məsələlərlə yanaşı, “www.science.az” portalının yeni versiyasının hazırlanması da nəzərdə tutulub.
Qərarın icrasını təmin etmək məqsədilə AMEA İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən ən yeni texnologiyaların tətbiq olunması şərtilə portalın yeni versiyası hazırlanıb. Yeni versiya AMEA Rəyasət Heyəti aparatı, AMEA-nın elmi müəssisə və digər təşkilatlarının strukturu və fəaliyyəti, AMEA-nın sabiq prezidentləri, fəxri, həqiqi və müxbir üzvləri, elmi müəssisə və digər təşkilatlarda çalışan elmlər doktorları və fəlsəfə doktorlarının elmi fəaliyyətlərinin əsas istiqamətləri, elmi nailiyyətləri, elmi-pedaqoji fəaliyyətləri, əsas elmi əsərləri və s. haqqında məlumatları dəqiq və tam şəkildə əks etdirən böyük informasiya bazasına və güclü axtarış imkanlarına malik informasiya sistemidir.
AMEA-da aparılan islahatlar və struktur dəyişikliklərinin portalda əks olunması, videoqalereya və internet-televiziya olan “Elm TV”-nin yaradılması, o cümlədən ən yeni texnologiyalardan istifadə hazırkı mərhələdə portalın əsas xüsusiyyətləridir. “ww.science.az” portalında mühüm yeniliklərdən olan “Elm TV” Azərbaycanda elmin populyarlaşdırılması məqsədini daşıyan ilk internet-televiziyadır. AMEA-nın institut və təşkilatlarının fəaliyyətini əks etdirən bu videomənbə mühüm əhəmiyyət kəsb edən tədbirlərin canlı yayımını həyata keçirir.
Azərbaycan elmi nailiyyətləri ilə yanaşı, dünyada baş verən elmi yeniliklərin də yayımı ilə məşğul olan “Elm TV”-də xəbərlər, xüsusi reportajlar, reklam çarxları, müsahibələr və s. öz əksini tapır. “http://www.science.az” portalı fəaliyyət göstərdiyi bu illər ərzində həm də tədris bazası rolunu oynayıb. Burada ölkənin müxtəlif ali məktəblərindən olan tələbələr təcrübə keçmiş, onlarla jurnalist, veb-dizayner və veb-proqramçılar yetişdirilib. 2014-cü ildə portala 1216407 müraciət qeydə alınıb.
Həqiqət İSABALAYEVA
Azərbaycanın ilk veb-portalı 20 yaşını qeyd edir
Bu gün Azərbaycanda internet-media mətbuatın ən inkişaf etmiş sahələrindən birinə çevrilib. Azərbaycanda bu sahənin tarixi göstərir ki, ilk veb-portal olan “http://science.gov.az” 1995-ci ildə “http://www.ab.az” adı altında yaradılıb.İlk dəfə internetə çıxış isə 1991-ci ildə rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasovun rəhbərliyi ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunda həyata keçirilib.
Beləliklə, bu gün artıq Azərbaycanın ilk veb-portalı 20 yaşını qeyd edir. AMEA-nın rəsmi portalı olan “science.gov.az”-ın əsas məqsədi akademiya haqqında müvafiq məlumatların, onun çoxşaxəli fəaliyyətinin Azərbaycan və dünya ictimaiyyətinə çatdırılması, həmçinin akademiya əməkdaşlarının beynəlxalq elmi informasiya məkanı ilə əlaqələrinin təmin edilməsidir. Müxtəlif dövrlərdə müxtəlif inkişaf mərhələlərini keçən portal cari ildə yeni bir inkişaf dövrünə qədəm qoyub ki, bu da mühüm dəyişikliklərin baş verməsilə müşayiət olunub.
Akademiyadan bildirilib ki, son zamanlar AMEA-da islahatlar və struktur dəyişikliklərinin aparılması, AMEA-nın yeni korporativ üslubunun işlənilməsi və yeni texnologiyaların meydana gəlməsi veb-portalın yenidən qurulması zərurətini ortaya qoyub. Bu zərurətdən irəli gələrək AMEA Rəyasət Heyətinin 3 iyul 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “AMEA Rəyasət Heyətinin informasiyalaşdırılmasına dair Fəaliyyət Planı”nda digər məsələlərlə yanaşı, “www.science.az” portalının yeni versiyasının hazırlanması da nəzərdə tutulub.
Qərarın icrasını təmin etmək məqsədilə AMEA İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən ən yeni texnologiyaların tətbiq olunması şərtilə portalın yeni versiyası hazırlanıb. Yeni versiya AMEA Rəyasət Heyəti aparatı, AMEA-nın elmi müəssisə və digər təşkilatlarının strukturu və fəaliyyəti, AMEA-nın sabiq prezidentləri, fəxri, həqiqi və müxbir üzvləri, elmi müəssisə və digər təşkilatlarda çalışan elmlər doktorları və fəlsəfə doktorlarının elmi fəaliyyətlərinin əsas istiqamətləri, elmi nailiyyətləri, elmi-pedaqoji fəaliyyətləri, əsas elmi əsərləri və s. haqqında məlumatları dəqiq və tam şəkildə əks etdirən böyük informasiya bazasına və güclü axtarış imkanlarına malik informasiya sistemidir.
AMEA-da aparılan islahatlar və struktur dəyişikliklərinin portalda əks olunması, videoqalereya və internet-televiziya olan “Elm TV”-nin yaradılması, o cümlədən ən yeni texnologiyalardan istifadə hazırkı mərhələdə portalın əsas xüsusiyyətləridir. “ww.science.az” portalında mühüm yeniliklərdən olan “Elm TV” Azərbaycanda elmin populyarlaşdırılması məqsədini daşıyan ilk internet-televiziyadır. AMEA-nın institut və təşkilatlarının fəaliyyətini əks etdirən bu videomənbə mühüm əhəmiyyət kəsb edən tədbirlərin canlı yayımını həyata keçirir.
Azərbaycan elmi nailiyyətləri ilə yanaşı, dünyada baş verən elmi yeniliklərin də yayımı ilə məşğul olan “Elm TV”-də xəbərlər, xüsusi reportajlar, reklam çarxları, müsahibələr və s. öz əksini tapır. “http://www.science.az” portalı fəaliyyət göstərdiyi bu illər ərzində həm də tədris bazası rolunu oynayıb. Burada ölkənin müxtəlif ali məktəblərindən olan tələbələr təcrübə keçmiş, onlarla jurnalist, veb-dizayner və veb-proqramçılar yetişdirilib. 2014-cü ildə portala 1216407 müraciət qeydə alınıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 748
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib