Tarix:19/05/15
Sözügedən veb-sayt Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) tərəfindən təqdim olunur. Saytdan istifadə üçün müvafiq şərt və qaydalara riayət etmək də vacibdir.
Belə ki, veb-sayta hər hansı material yerləşdirməmişdən və ya bu veb-saytda mövcud olan digər vasitələr, xidmətlərdən istifadə etməmişdən öncə istifadəçi burada qeydiyyatdan - identifikasiya (istifadə hüququnun təsdiqi) prosesindən keçməlidir.
Saytda qeydiyyatdan keçən zaman istifadəçi yalnız özü haqqında dəqiq məlumatları və müvafiq əlaqə məlumatını açıqlamalıdır. Əgər istifadəçinin qeydiyyat məlumatlarında hər hansı dəyişiklik baş verərsə, onda dərhal BEGOC-a həmin dəyişiklik haqqında məlumat verilməlidir. Şərtlərə görə, bu veb-saytda qeydiyyatdan keçmək üçün üçüncü tərəfin elektron poçt hesabından istifadə etmək qadağandır. Verilən məlumat natamam və ya yanlış olduğu halda BEGOC-un hüququ var ki, istifadəçini qeydiyyatdan keçirməsin və istifadə hüququnu təsdiq etməsin.
Qeyd edək ki, aprelin 26-da Atəşgah məbədində alovlandırılan "Bakı 2015"-in məşəli iyunun 12-də təşkil olunacaq açılış mərasiminədək Azərbaycanın ölkə boyunca 60 rayonunu səyahət edərək, təxminən 5500 km məsafəni səyahət edəcək.
Məşəl Azərbaycan xalqının 99 faizinin bir saatlıq gəzintiyə sərf etdiyi vaxt qədər səyahət edəcək. 660 mm hündürlüyü olan məşəlin gövdəsi "Bakı 2015" brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır - onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.
Həqiqət İSABALAYEVA
“Alovun Səyahəti”nə sən də onlayn olaraq qoşul!
İlk Avropa Oyunları məşəlinin səyahəti davam edir. Alovun səyahətini oyunların rəsmi saytında da izləmək mümkündür. "Onlayn olaraq "Alovun Səyahəti"nin bir hissəsi ol" devizi ilə davam etdirilən səyahətə minlərlə iştirakçı virtual qoşularaq öz mesajlarını paylaşa bilər.Sözügedən veb-sayt Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) tərəfindən təqdim olunur. Saytdan istifadə üçün müvafiq şərt və qaydalara riayət etmək də vacibdir.
Belə ki, veb-sayta hər hansı material yerləşdirməmişdən və ya bu veb-saytda mövcud olan digər vasitələr, xidmətlərdən istifadə etməmişdən öncə istifadəçi burada qeydiyyatdan - identifikasiya (istifadə hüququnun təsdiqi) prosesindən keçməlidir.
Saytda qeydiyyatdan keçən zaman istifadəçi yalnız özü haqqında dəqiq məlumatları və müvafiq əlaqə məlumatını açıqlamalıdır. Əgər istifadəçinin qeydiyyat məlumatlarında hər hansı dəyişiklik baş verərsə, onda dərhal BEGOC-a həmin dəyişiklik haqqında məlumat verilməlidir. Şərtlərə görə, bu veb-saytda qeydiyyatdan keçmək üçün üçüncü tərəfin elektron poçt hesabından istifadə etmək qadağandır. Verilən məlumat natamam və ya yanlış olduğu halda BEGOC-un hüququ var ki, istifadəçini qeydiyyatdan keçirməsin və istifadə hüququnu təsdiq etməsin.
Qeyd edək ki, aprelin 26-da Atəşgah məbədində alovlandırılan "Bakı 2015"-in məşəli iyunun 12-də təşkil olunacaq açılış mərasiminədək Azərbaycanın ölkə boyunca 60 rayonunu səyahət edərək, təxminən 5500 km məsafəni səyahət edəcək.
Məşəl Azərbaycan xalqının 99 faizinin bir saatlıq gəzintiyə sərf etdiyi vaxt qədər səyahət edəcək. 660 mm hündürlüyü olan məşəlin gövdəsi "Bakı 2015" brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır - onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 702
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib