12px13px15px17px
Tarix:19/05/15

Dövlət Komissiyası onlayn sınaq test imtahanları üzrə variantların sayını artırıb

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası 2014-cü ildən göstərdiyi “Onlayn sınaq test imtahanları” elektron xidmətinin məzmunu ilə bağlı dəyişikliklər edib.
 
 
Komissiyadan “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, əvvəllər sınaq test imtahanları 5-ci və 6-7-ci təsnifatlar üzrə bir variantda həyata keçirilirdi. Hazırda həm 5-ci, həm də 6-7-ci təsnifatlar üzrə variantların sayı artırılaraq hər biri üzrə altıya çatdırılıb.
 
 
Onlayn sınaq test imtahanları dövlət orqanlarında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq istəyən vətəndaşların test blokları üzrə biliklərinin yoxlanılması və onların test imtahanlarında təqdim olunan test tapşırığı nümunələri ilə tanışlığı məqsədi ilə həyata keçirilir.
 
 
Ödənişsiz olan və real vaxt rejimində interaktiv şəkildə həyata keçirilən bu elektron xidmətdən həm komissiyanın rəsmi internet səhifəsinin elektron xidmətlər bölməsində, həm də “Elektron hökumət” portalında qeydiyyatdan keçməklə istifadə etmək olar.
 
 
CAHANGİR
 



Baxış sayı: 842

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024