Tarix:19/05/15
ABŞ Federal Telekommunikasiya Avadanlıqlarının Sertifikatlaşdırılması Komissiyası artıq indidən smartfon istehsalçıları qarşısında istifadəçi təlimatlarında qurğularda güclü elektromaqnit şüalanmasının olması ilə bağlı risklər haqqında yazmağı öhdəlik kimi qoyur. Şəhər hakimiyyəti bunu özünəməxsus tərzdə əsaslandırır: belə kağız parçaları və bukletlər istifadəçilər tərəfindən təsadüfi hallarda oxunur, buna görə də xəbərdarlıq onlar üçün daha aydın olmalıdır.
Berkli Şəhər Şurası nümayəndələrinin qənaətinə görə, istifadəçilər smartfonu bədənlərindən 5-25 mm aralıda saxlamalıdır. Ötən ay hakimiyyət tərəfindən yerli əhali arasında sorğu keçirilərək istifadəçilərin 74 faizinin telefonu cibində gəzdirməsi, 66 faizinin isə ümumiyyətlə, istehsalçıların qurğunun bədənlə birbaşa təmasından yayınmağı tövsiyə etmələrindən xəbərsiz olması məlum olub.
Yeni qərarın cari ilin iyulunda qüvvəyə minəcəyi gözlənilir. Bu halda Berklinin mobil telefon alıcılarına qurğunun düzgün gəzdirilməsi üzrə tövsiyələrin yer alacağı ayrıca broşür veriləcək, - "Onliner” yazır.
Amerikalılara smartfondan istifadə ilə bağlı tövsiyələr veriləcək
ABŞ-ın Kaliforniya ştatının Berkli Şəhər Şurası mobil telefon satıcılarının alıcıları bu qurğuların potensial təhlükə mənbəyi olması barədə xəbərdar etməsini nəzərdə tutan qanun layihəsinin lehinə səs verib. Mobil telefonun bədənə yaxın vəziyyətdə gəzdirilməsi və müəyyən xəstəliklər arasında birbaşa əlaqə indiyədək müəyyənləşdirilməsə də, Berkli şəhər administrasiyası bunu hamının bilməli olduğu vacib problem kimi qiymətləndirir.ABŞ Federal Telekommunikasiya Avadanlıqlarının Sertifikatlaşdırılması Komissiyası artıq indidən smartfon istehsalçıları qarşısında istifadəçi təlimatlarında qurğularda güclü elektromaqnit şüalanmasının olması ilə bağlı risklər haqqında yazmağı öhdəlik kimi qoyur. Şəhər hakimiyyəti bunu özünəməxsus tərzdə əsaslandırır: belə kağız parçaları və bukletlər istifadəçilər tərəfindən təsadüfi hallarda oxunur, buna görə də xəbərdarlıq onlar üçün daha aydın olmalıdır.
Berkli Şəhər Şurası nümayəndələrinin qənaətinə görə, istifadəçilər smartfonu bədənlərindən 5-25 mm aralıda saxlamalıdır. Ötən ay hakimiyyət tərəfindən yerli əhali arasında sorğu keçirilərək istifadəçilərin 74 faizinin telefonu cibində gəzdirməsi, 66 faizinin isə ümumiyyətlə, istehsalçıların qurğunun bədənlə birbaşa təmasından yayınmağı tövsiyə etmələrindən xəbərsiz olması məlum olub.
Yeni qərarın cari ilin iyulunda qüvvəyə minəcəyi gözlənilir. Bu halda Berklinin mobil telefon alıcılarına qurğunun düzgün gəzdirilməsi üzrə tövsiyələrin yer alacağı ayrıca broşür veriləcək, - "Onliner” yazır.
Baxış sayı: 631
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır