Tarix:19/05/15
Bu qərar İsveçrənin paytaxtı Bern şəhərində keçirilən Avropa Milli Kitabxanalarının Konfransı (CENL) beynəlxalq təşkilatının illik iclasında verilib. İsveçrə Konfederasiyasının Parlament binasında keçirilən bu tədbirdə 36 Avropa ölkəsinin Milli Kitabxana direktorları iştirak edib. Avropa Milli Kitabxanalarının Konfransının (CENL) 2013-cü ildə Bakıda keçirilən iclasında 41 ölkənin, 2014-cü ildə Moskvada keçirilən iclasında isə 22 ölkə nümayəndəsi təmsil olunurdu.
Ölkəmizi bu mötəbər tədbirdə Azərbaycan Milli Kitabxanasının (AMK) direktoru, professor Kərim Tahirov və kitabxananın Xarici ədəbiyyat və beynəlxalq kitab mübadiləsi şöbəsinin müdiri Xəyalə İsmayılova təmsil edib. AMK-dən qeyd edilib ki, iclasda hər bir ölkənin Milli Kitabxana direktorları özlərini ayrılıqda təqdim ediblər. Avropa Milli Kitabxanaları Konfransının iclasında Moskvada keçirilən 28-ci illik iclasın protokolunun təsdiqi və həmin protokolda qalxan məsələlər nəzərə çatdırılıb.
Həmçinin Elektron Kitabxananın (TEL) 1 il ərzindəki fəaliyyəti və gələcək perspektivləri iclas iştirakçılarının diqqətinə təqdim olunub, bu məsələ barədə geniş müzakirələr aparılıb. Müzakirələrə yekun olaraq hər bir ölkədən rəqəmsal materialların genişləndirilməsi məqsədi ilə TEL-ə illik üzvlük haqlarının artırılması qərara alınıb.
Həqiqət İSABALAYEVA
Rəqəmsal materialların genişləndirilməsi məqsədi ilə Avropa Kitabxanasına illik üzvlük haqlarının artırılması qərara alınıb
Hər bir ölkədən rəqəmsal materialların genişləndirilməsi məqsədi ilə Avropa Kitabxanasına (TEL -The European Library) illik üzvlük haqlarının artırılması qərara alınıb.Bu qərar İsveçrənin paytaxtı Bern şəhərində keçirilən Avropa Milli Kitabxanalarının Konfransı (CENL) beynəlxalq təşkilatının illik iclasında verilib. İsveçrə Konfederasiyasının Parlament binasında keçirilən bu tədbirdə 36 Avropa ölkəsinin Milli Kitabxana direktorları iştirak edib. Avropa Milli Kitabxanalarının Konfransının (CENL) 2013-cü ildə Bakıda keçirilən iclasında 41 ölkənin, 2014-cü ildə Moskvada keçirilən iclasında isə 22 ölkə nümayəndəsi təmsil olunurdu.
Ölkəmizi bu mötəbər tədbirdə Azərbaycan Milli Kitabxanasının (AMK) direktoru, professor Kərim Tahirov və kitabxananın Xarici ədəbiyyat və beynəlxalq kitab mübadiləsi şöbəsinin müdiri Xəyalə İsmayılova təmsil edib. AMK-dən qeyd edilib ki, iclasda hər bir ölkənin Milli Kitabxana direktorları özlərini ayrılıqda təqdim ediblər. Avropa Milli Kitabxanaları Konfransının iclasında Moskvada keçirilən 28-ci illik iclasın protokolunun təsdiqi və həmin protokolda qalxan məsələlər nəzərə çatdırılıb.
Həmçinin Elektron Kitabxananın (TEL) 1 il ərzindəki fəaliyyəti və gələcək perspektivləri iclas iştirakçılarının diqqətinə təqdim olunub, bu məsələ barədə geniş müzakirələr aparılıb. Müzakirələrə yekun olaraq hər bir ölkədən rəqəmsal materialların genişləndirilməsi məqsədi ilə TEL-ə illik üzvlük haqlarının artırılması qərara alınıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 519
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır