Tarix:19/05/15
Sözügedən istiqamətlər üzrə qiymətli kağızlarla ticarət, klirinq-hesablaşma proseslərinin sadələşdirilməsi və optimallaşdırılması, bu sistemlərin əlaqələndirilməsi və birbaşa emal prinsipi əsasında inteqrasiya olunmuş elektron ticarət platformasının yaradılması, xarici fond bazarlarında ticarət olunan qiymətli kağızların yerli bazarda və yerli qiymətli kağızların xarici fond bazarlarında ticarətini tənzimləyən normativ hüquqi bazanın formalaşdırılması və müvafiq ticarət sisteminin tətbiq edilməsi, qiymətli kağızlar bazarında elektron nəzarət-hesabatlıq sisteminin yaradılması, eləcə də qiymətli kağızlar bazarında məlumatların dəqiq, dolğun və vaxtında açıqlanması sisteminin yaradılması və avtomatlaşdırılması planlaşdırılır.
Artıq qiymətli kağızlar bazarında ticarət və əməliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində təkliflərin formalaşdırılması və əlaqələndirilməsi məqsədilə daimi əsasda fəaliyyət göstərən qiymətli kağızlar bazarının ticarət və əməliyyat komitəsi yaradılmışdır.
Üçüncü mərhələdə yeni və daha mürəkkəb alət və xidmət növlərinin bazara təqdim edilməsi ilə qiymətli kağızlar bazarının dərinliyinin artırılması, eyni zamanda sistem risklərinin səmərəli idarə edilməsi mexanizmlərinin yaradılması nəzərdə tutulur. 2018–2020-ci illəri əhatə edəcək bu mərhələnin tamamlanması ilə Azərbaycan kapital bazarları beynəlxalq maliyyə bazarlarına inteqrasiyaya hazır olacaq. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən qeyd edilib ki, proqramın 2011-2014-cü illəri əhatə edən ilk 4 ili ərzində qarşıda duran strateji hədəflərə nail olunmuş, effektiv nəticələr əldə edilib.
Belə ki, qiymətli kağızlar bazarının infrastrukturunun müasirləşdirilməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə buraxılış, qeydiyyat və uçot mexanizmləri sadələşdirilmiş və avtomatlaşdırılmış, ikipilləli, üzvlük prinsipli vahid Mərkəzi Depozitar Sistemi yaradılıb.
Qiymətli kağızlar bazarında pul vəsaitlərinin öncədən bloklaşdırılması təcrübəsinin məhdudlaşdırılması məqsədilə yeni hesablaşma siyasətinin tətbiqinə start verilmişdir.
Ticarət və post-ticarət sistemlərinin avtomatlaşdırılması, inteqrasiya edilərək optimallaşdırılması istiqamətində fasiləsiz ticarət rejiminə keçid, krossinq ticarət rejiminin tətbiqi, mərkəzləşdirilmiş klirinq və hesablaşma institutunun formalaşdırılması, həmçinin bazar iştirakçılarının həm birja, həm də depozitar sisteminə məsafədən çıxışı, yeni inteqrasiya olunmuş ticarət, post-ticarət və nəzarət sistemlərinin satınalınması təmin olunmuş, eləcə də marja ticarəti üzrə yeni birja platforması istifadəyə verilib, marketmeyker institutları fəaliyyətə başlamış və yeni listinq qaydaları tətbiq edilib.
Həqiqət İSABALAYEVA
Qiymətli kağızlar bazarında əməliyyatlar tam avtomatlaşdırılacaq
“2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının 2015-2017-ci illəri əhatə edəcək ikinci mərhələsi çərçivəsində qiymətli kağızlar bazarında əməliyyatların tam avtomatlaşdırılması və konsolidə edilməsi, yeni alət və xidmətlərin təqdim olunması üçün zəruri bazanın formalaşdırılması və tənzimləyici mexanizmlərin gücləndirilməsi nəzərdə tutulur.Sözügedən istiqamətlər üzrə qiymətli kağızlarla ticarət, klirinq-hesablaşma proseslərinin sadələşdirilməsi və optimallaşdırılması, bu sistemlərin əlaqələndirilməsi və birbaşa emal prinsipi əsasında inteqrasiya olunmuş elektron ticarət platformasının yaradılması, xarici fond bazarlarında ticarət olunan qiymətli kağızların yerli bazarda və yerli qiymətli kağızların xarici fond bazarlarında ticarətini tənzimləyən normativ hüquqi bazanın formalaşdırılması və müvafiq ticarət sisteminin tətbiq edilməsi, qiymətli kağızlar bazarında elektron nəzarət-hesabatlıq sisteminin yaradılması, eləcə də qiymətli kağızlar bazarında məlumatların dəqiq, dolğun və vaxtında açıqlanması sisteminin yaradılması və avtomatlaşdırılması planlaşdırılır.
Artıq qiymətli kağızlar bazarında ticarət və əməliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində təkliflərin formalaşdırılması və əlaqələndirilməsi məqsədilə daimi əsasda fəaliyyət göstərən qiymətli kağızlar bazarının ticarət və əməliyyat komitəsi yaradılmışdır.
Üçüncü mərhələdə yeni və daha mürəkkəb alət və xidmət növlərinin bazara təqdim edilməsi ilə qiymətli kağızlar bazarının dərinliyinin artırılması, eyni zamanda sistem risklərinin səmərəli idarə edilməsi mexanizmlərinin yaradılması nəzərdə tutulur. 2018–2020-ci illəri əhatə edəcək bu mərhələnin tamamlanması ilə Azərbaycan kapital bazarları beynəlxalq maliyyə bazarlarına inteqrasiyaya hazır olacaq. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən qeyd edilib ki, proqramın 2011-2014-cü illəri əhatə edən ilk 4 ili ərzində qarşıda duran strateji hədəflərə nail olunmuş, effektiv nəticələr əldə edilib.
Belə ki, qiymətli kağızlar bazarının infrastrukturunun müasirləşdirilməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə buraxılış, qeydiyyat və uçot mexanizmləri sadələşdirilmiş və avtomatlaşdırılmış, ikipilləli, üzvlük prinsipli vahid Mərkəzi Depozitar Sistemi yaradılıb.
Qiymətli kağızlar bazarında pul vəsaitlərinin öncədən bloklaşdırılması təcrübəsinin məhdudlaşdırılması məqsədilə yeni hesablaşma siyasətinin tətbiqinə start verilmişdir.
Ticarət və post-ticarət sistemlərinin avtomatlaşdırılması, inteqrasiya edilərək optimallaşdırılması istiqamətində fasiləsiz ticarət rejiminə keçid, krossinq ticarət rejiminin tətbiqi, mərkəzləşdirilmiş klirinq və hesablaşma institutunun formalaşdırılması, həmçinin bazar iştirakçılarının həm birja, həm də depozitar sisteminə məsafədən çıxışı, yeni inteqrasiya olunmuş ticarət, post-ticarət və nəzarət sistemlərinin satınalınması təmin olunmuş, eləcə də marja ticarəti üzrə yeni birja platforması istifadəyə verilib, marketmeyker institutları fəaliyyətə başlamış və yeni listinq qaydaları tətbiq edilib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 842
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır