Tarix:20/05/15
Analitiklər bildirir ki, qeyd olunan trafik həcminin yalnız 41 faizi mobil rabitə xətləri vasitəsilə ötürüləcək, yükləmənin çox hissəsi "Wi-Fi” şəbəkələrinin payına düşəcək.
Ekspertlərin proqnozuna görə, 2015-2019-cu illərdə smartfon və planşet istifadəçilərinin məlumat ötürülməsinin orta aylıq həcmi iki dəfə artacaq. Mobil qurğu sahibləri daha çox media kontent sərf edəcək ki, buna da yüksəksürətli “4G” şəbəkələrinin gələcək tətbiqi və yüksək təsvir ölçülü videoçarxların artan populyarlığı xidmət edəcək.
Mütəxəssislər qeyd edir ki, şəbəkə trafikinin əsas hissəsi videonun payına düşür və bu nisbət daima artır. “Juniper Research”in qiymətləndirməsinə görə, 2014-2019-cu illərdə smartfonlara ötürülən videotrafikin həcmi səkkiz dəfə artacaq. Hazırda videonun dünya İP trafikinin həcmində payı 60 faizə yaxındır. İki-üç ildən sonra bir sıra inkişaf etmiş bazarlarda nisbətin 70 faizi ötəcəyi gözlənilir.
Tədqiqatda həmçinin qeyd olunur ki, ötən il Uzaq Şərq və Çin smartfonlar və planşetlərin generasiya etdiyi trafikin həcminə görə ilk dəfə Şimali Amerikanı geridə qoyub, - "DailyComm” yazır.
2019-cu ilədək mobil trafikin həcmi 197 min petabayta çatacaq
“Juniper Research” şirkətinin proqnozuna görə, smartfonlar və planşetlərin generasiya etdiyi mobil trafikin ümumi həcmi 2019-cu ilədək 197 min petabayta yaxınlaşacaq ki, bu da “Blu-Ray” keyfiyyətində 10 milyard filmin sayına bərabərdir.Analitiklər bildirir ki, qeyd olunan trafik həcminin yalnız 41 faizi mobil rabitə xətləri vasitəsilə ötürüləcək, yükləmənin çox hissəsi "Wi-Fi” şəbəkələrinin payına düşəcək.
Ekspertlərin proqnozuna görə, 2015-2019-cu illərdə smartfon və planşet istifadəçilərinin məlumat ötürülməsinin orta aylıq həcmi iki dəfə artacaq. Mobil qurğu sahibləri daha çox media kontent sərf edəcək ki, buna da yüksəksürətli “4G” şəbəkələrinin gələcək tətbiqi və yüksək təsvir ölçülü videoçarxların artan populyarlığı xidmət edəcək.
Mütəxəssislər qeyd edir ki, şəbəkə trafikinin əsas hissəsi videonun payına düşür və bu nisbət daima artır. “Juniper Research”in qiymətləndirməsinə görə, 2014-2019-cu illərdə smartfonlara ötürülən videotrafikin həcmi səkkiz dəfə artacaq. Hazırda videonun dünya İP trafikinin həcmində payı 60 faizə yaxındır. İki-üç ildən sonra bir sıra inkişaf etmiş bazarlarda nisbətin 70 faizi ötəcəyi gözlənilir.
Tədqiqatda həmçinin qeyd olunur ki, ötən il Uzaq Şərq və Çin smartfonlar və planşetlərin generasiya etdiyi trafikin həcminə görə ilk dəfə Şimali Amerikanı geridə qoyub, - "DailyComm” yazır.
Baxış sayı: 1110
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır