Tarix:20/05/15
"ICTnews" xəbər xidmətinin məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ermənistan üzrə xüsusi məruzəçisi Mod de Bur-Bukikkio bildirib. BMT-nin rəsmi internet səhifəsində yerləşdirilən açıqlamada xanım Bukikkio Ermənistandakı vəziyyətlə bağlı həyəcan təbili çalaraq sözügedən istiqamət üzrə təcili və ciddi addımların atılmasının vacibliyini qeyd edib.
BMT-nin xüsusi məruzəçisi Ermənistan hakimiyyətini uşaqların zorakılıqlardan müdafiəsinə daha çox diqqət ayırmağa çağırıb. Erməniləri "internet qurbanları"na çevrilmiş uşaqların reabilitasiyası üçün mərkəzlər yaratmağa çağıran Bukikkionun sözlərinə görə, Ermənistan hökuməti ölkəsində internet üzərində baş verənlərə önəm verməlidir.
Azyaşlılara nəzarətin zəif olduğu Ermənistanda yetkinlik yaşına çatmayan uşaqlar arasında internetə daxilolma sayının artdığını və bunun da gözlənilən təhlükələri qarşılayacaq tədbirlərin olmaması üzündən problemlər yaradacağını düşünən xanım Bukikkio hesab edir ki, yeniyetmələrin təhlükəsizliyi bu baxımdan, demək olar ki, qorunmur.
Beləliklə, Ermənistan rəhbərliyini İKT şirkətləri ilə işbirliyinə çağıran ekspert Məktəblərdə qeyri-hökumət təşkilatları ilə birgə işləməyi və internet maarifçiliyi tədbirlərinin görülməsini vacib bilib.
Mayın 12-dən 18-dək Ermənistana araşdırma aparan xanım Bukikkionun hazırladığı hesabat BMT-də müzakirə olunacaq. Bu ölkədə fahişəliyə cəlb olunmuş uşaq qurbanlarla görüşən, QHT və hökumət rəsmiləri ilə müzakirələr aparan xanım Bukikkio bildirib ki, Ermənistan dövləti qurbanların sayını azaldır. Onun qənaətincə, rəsmi rəqəmlərlə müqayisədə real qurbanların sayı daha çoxdur. O, rəsmi İrəvanı insan hüquqları ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb.
Seymur Qasımbəyli
BMT: “Ermənistanda azyaşlılar internetlə fahişəliyə cəlb olunur”
Ermənistanda yetkinlik yaşına çatmayan şəxslərin internet yolu ilə fahişəliyə cəlb olunduğu məlum olub. Bu ölkədə uşaqların "beynəlxalq şəbəkə" vasitəsi ilə təhqir olunduqları, aşağılandıqları, uşaq alverinin və uşaq pornoqrafiyasının qurbanlarına çevrildikləri üzə çıxıb."ICTnews" xəbər xidmətinin məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ermənistan üzrə xüsusi məruzəçisi Mod de Bur-Bukikkio bildirib. BMT-nin rəsmi internet səhifəsində yerləşdirilən açıqlamada xanım Bukikkio Ermənistandakı vəziyyətlə bağlı həyəcan təbili çalaraq sözügedən istiqamət üzrə təcili və ciddi addımların atılmasının vacibliyini qeyd edib.
BMT-nin xüsusi məruzəçisi Ermənistan hakimiyyətini uşaqların zorakılıqlardan müdafiəsinə daha çox diqqət ayırmağa çağırıb. Erməniləri "internet qurbanları"na çevrilmiş uşaqların reabilitasiyası üçün mərkəzlər yaratmağa çağıran Bukikkionun sözlərinə görə, Ermənistan hökuməti ölkəsində internet üzərində baş verənlərə önəm verməlidir.
Azyaşlılara nəzarətin zəif olduğu Ermənistanda yetkinlik yaşına çatmayan uşaqlar arasında internetə daxilolma sayının artdığını və bunun da gözlənilən təhlükələri qarşılayacaq tədbirlərin olmaması üzündən problemlər yaradacağını düşünən xanım Bukikkio hesab edir ki, yeniyetmələrin təhlükəsizliyi bu baxımdan, demək olar ki, qorunmur.
Beləliklə, Ermənistan rəhbərliyini İKT şirkətləri ilə işbirliyinə çağıran ekspert Məktəblərdə qeyri-hökumət təşkilatları ilə birgə işləməyi və internet maarifçiliyi tədbirlərinin görülməsini vacib bilib.
Mayın 12-dən 18-dək Ermənistana araşdırma aparan xanım Bukikkionun hazırladığı hesabat BMT-də müzakirə olunacaq. Bu ölkədə fahişəliyə cəlb olunmuş uşaq qurbanlarla görüşən, QHT və hökumət rəsmiləri ilə müzakirələr aparan xanım Bukikkio bildirib ki, Ermənistan dövləti qurbanların sayını azaldır. Onun qənaətincə, rəsmi rəqəmlərlə müqayisədə real qurbanların sayı daha çoxdur. O, rəsmi İrəvanı insan hüquqları ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb.
Seymur Qasımbəyli
Baxış sayı: 1286
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib