12px13px15px17px
Tarix:20/05/15

I Avropa Oyunları zamanı bankomat və POS-terminal şəbəkəsinin stabil fəaliyyəti təmin ediləcək

Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının qərarı ilə ölkəmizdə cari ilin iyun ayında keçiriləcək ilk Avropa Oyunları zamanı ölkədə quraşdırılmış bankomat və POS-terminal şəbəkəsinin stabil fəaliyyətinin təmin olunması məqsədi ilə Mərkəzi Bankında ekvayrinq xidməti göstərən kommersiya banklarının rəhbərlərinin iştirakı ilə görüş keçirilib.
 
 “ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə ilk Avropa Oyunları beynəlxalq idman tədbiri zamanı ölkədə quraşdırılmış bankomat və POS-terminal şəbəkəsinin fasiləsiz və dayanıqlı fəaliyyətinin təmin olunması üçün bank rəhbərlərinə xüsusi tapşırıq verilərək, bir sıra istiqamətlərdə tədbirlərin həyata keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.
 
Bu istiqamətlərə bankomat şəbəkəsinin kifayət qədər milli və xarici valyutada nağd pul vəsaitləri ilə təchiz edilməsi və həmçinin, texniki baxımdan daima işlək vəziyyətdə olmasının mütəmadi olaraq monitorinqinin aparılması, tədbirin keçirildiyi idman kompleksləri və ətraf ərazilərdə, həmçinin şəhər mərkəzində yerləşən təsərrüfat subyektlərində işləyən satıcıların POS-terminallardan istifadə qaydaları barədə məlumatlandırılması və sair daxildir.
 
 
SEYMUR
 



Baxış sayı: 663

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024