12px13px15px17px
Tarix:21/05/15

2015-ci ildə “əşyaların interneti” bazarının həcmi 19 faiz artacaq

"International Data Corporation" ("IDC") analitik şirkəti "əşyaların interneti" ("Internet of Things", "IoT") bazarının inkişafı üzrə proqnoz tərtib edib.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, mütəxəssislərin proqnozuna görə, 2015-ci ildə "əşyaların interneti" bazarının həcmi 19 faiz yüksələcək.
 
"IoT" ekosistemi şəbəkə avadanlığı, intellektual sistemlər, rabitə xidmətləri, məlumatların inteqrasiyası texnologiyaları və müxtəlif proqram təminatından ibarətdir.
 
Analitiklərin qiymətləndirməsinə əsasən, 2013-cü ildə "IoT" sektorun həcmi 1,3 trilyon dollar təşkil edib. Yaxın illərdə bu göstərici ildə orta hesabla 13 faiz yüksələrək 2020-ci ildə 3,04 trilyon dollara çatacaq. 2020-ci ilədək sözügedən bazarda qurğuların ümumi sayı 30 milyard təşkil edəcək.
 
Emil Hüseynov



Baxış sayı: 593

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024