Tarix:21/05/15
Bildirilir ki, bu ilin yekunları üzrə Çin əhalisinin internetdən istifadəsi üçün nəzərdə tutulan şəbəkələrin tikintisinə və modernləşdirilməsinə investisiyaların həcmi 430 milyard yuanı (69,3 milyard dollar) ötəcək. Növbəti ildə analoji xərclərə daha 700 milyard yuan (112,8 milyard dollar) ayrılacaq.
Dövlət Şurasının məlumatına görə, layihənin məqsədi genişzolaqlı optik-lif rabitəsinin və yüksəksürətli dördüncü nəsil mobil şəbəkələrinin inkişafıdır.
"Akamai" şirkətinin məlumatına görə, Çin dünyada internet bağlantısının orta sürətinə görə 82-ci yeri tutaraq Malayziya, Tailand və Tayvandan geri qalır.
Bir neçə gün əvvəl ölkənin "China Mobile", "China Unicom" və "China Telecom" mobil rabitə operatorları "4G" texnologiyalarına daha çox abunəçi cəlb etmək məqsədilə 2015-ci ildə mobil məlumat ötürmə tariflərini aşağı salmaq və mobil internetin sürətini artırmaqla bağlı planlarını açıqlayıb, - "DailyComm" yazır.
Çin internetin sürətləndirilməsinə 182 milyard dollar xərcləyəcək
Çin hökuməti yaxın iki ildə ölkədə internetin sürətləndirilməsinə 182 milyard dollar xərcləməyi planlaşdırır. Bu barədə Çin Dövlət Şurasının bəyanatında deyilir.Bildirilir ki, bu ilin yekunları üzrə Çin əhalisinin internetdən istifadəsi üçün nəzərdə tutulan şəbəkələrin tikintisinə və modernləşdirilməsinə investisiyaların həcmi 430 milyard yuanı (69,3 milyard dollar) ötəcək. Növbəti ildə analoji xərclərə daha 700 milyard yuan (112,8 milyard dollar) ayrılacaq.
Dövlət Şurasının məlumatına görə, layihənin məqsədi genişzolaqlı optik-lif rabitəsinin və yüksəksürətli dördüncü nəsil mobil şəbəkələrinin inkişafıdır.
"Akamai" şirkətinin məlumatına görə, Çin dünyada internet bağlantısının orta sürətinə görə 82-ci yeri tutaraq Malayziya, Tailand və Tayvandan geri qalır.
Bir neçə gün əvvəl ölkənin "China Mobile", "China Unicom" və "China Telecom" mobil rabitə operatorları "4G" texnologiyalarına daha çox abunəçi cəlb etmək məqsədilə 2015-ci ildə mobil məlumat ötürmə tariflərini aşağı salmaq və mobil internetin sürətini artırmaqla bağlı planlarını açıqlayıb, - "DailyComm" yazır.
Baxış sayı: 661
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır