12px13px15px17px
Tarix:21/05/15

Məktəblilərin biliyinin onlayn qiymətləndirilməsinə imkan verən yeni elektron resurs yaradılıb

Təhsil Nazirliyi tərəfindən yeni elektron resurs yaradılıb. Bu Azərbaycan məktəblilərinin riyaziyyat və oxuyub-anlama bacarıqlarını inkişaf etdirmək, onlar arasında sağlam rəqabəti artırmaq üçün elektron müsabiqə portalıdır.

Yaradılan “e-test” - elektron test bankında istifadəçi qeydiyyatdan keçərək onlayn rejimdə sualları cavablandıraraq biliyini yoxlaya bilər.
 
Nazirlikdən qeyd edilib ki, bilik üzrə toplanan nəticələr xal şəklində istifadəçinin reytinqinə əlavə olunur:
 
 “Portalının əsas məqsədi şagirdlərin riyaziyyat və oxuyub-anlama sahəsində biliklərinin artırılması, onların asudə vaxtının səmərəli təşkilindən ibarətdir. Riyaziyyat və Azərbaycan dili fənləri üzrə 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci və 9-cu sinifləri əhatə edən 30 000 -ə yaxın sual portalda yerləşdirilib”.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 752

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024