Tarix:21/05/15
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin birbaşa dəstəyi ilə yaradılmış "GoMap.Az"-da ilk Avropa Oyunlarının keçirildiyi bütün idman obyektləri xüsusi qeyd edilmiş və həmin obyektlərə getmək üçün avtobus marşrutlarının xətləri göstərilib.
"Bakı 2015" Avropa Oyunları ilə bağlı xəritələrlə yaxın tanışlıq bu link ilə mümkündür.
Yeni servislər azərbaycanlı idmansevərlərə və şəhərimizin qonaqlarına idman obyektlərinə getmək üçün daha rahat şərait yaradacaqdır.
Həmçinin, Avropa Oyunları münasibətilə Bakının xəritəsi ilə işləyən, ödənişsiz "Yollar" offlayn naviqatoru yaradılıb. Bu proqramı mobil qurğuya yükləyən hər bir istifadəçi proqramdan internetə çıxış olmadan da rahat istifadə edə bilər. İnternet bağlantısı olarsa, həm də yollardakı trafik vəziyyətini də izləmək olar. Həmçinin daha geniş funksionallı, Azərbaycan, Gürcüstan və Türkiyənin xəritəsi ilə işləyən "YollarPro" offlayn naviqator proqramı da "GoMap.Az" xəritəsinin əsasında yaradılıb.
Yeni servislərdən biri də Bakı şəhərində trafik haqqında məlumatın xəritə üzərində əks etdirilməsidir. İndi hər bir "GoMap.Az" istifadəçisi Azərbaycanın hər bir yolunda olan trafik vəziyyəti ilə tanış ola bilər.
Qeyd etmək lazımdir ki, hazırda "GoMap.Az" elektron xəritəsində 8730 yaşayış məntəqəsi, 80 şəhər və qəsəbə, 118 000 maraq nöqtəsi (POİ), 5 000 tarixi-memarlıq abidəsi, 1,2 milyon bina və tikili, 77,6 min avtomobil yolları, 40,9 min km2 meşə, çəmənlik, park və yaşıllıq zonası, 54,6 min km çay, kanallar, su ötürücüləri, 3,8 min km dəmir yolu, 959,5 min km göllər, dənizlər və su anbarları əks etdirilib.
“GoMap” “Bakı 2015” Avropa Oyunları üçün yeni servislər təqdim etdi
Regional elektron xəritə və naviqator "GoMap" "Bakı 2015" Avropa Oyunları üçün yeni servisləri təqdim edib. Yeni servislər Bakıda keçirilən Türkdilli dövlətlərin mədəniyyət nazirlərinin görüşündə təqdim olunub."ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin birbaşa dəstəyi ilə yaradılmış "GoMap.Az"-da ilk Avropa Oyunlarının keçirildiyi bütün idman obyektləri xüsusi qeyd edilmiş və həmin obyektlərə getmək üçün avtobus marşrutlarının xətləri göstərilib.
"Bakı 2015" Avropa Oyunları ilə bağlı xəritələrlə yaxın tanışlıq bu link ilə mümkündür.
Yeni servislər azərbaycanlı idmansevərlərə və şəhərimizin qonaqlarına idman obyektlərinə getmək üçün daha rahat şərait yaradacaqdır.
Həmçinin, Avropa Oyunları münasibətilə Bakının xəritəsi ilə işləyən, ödənişsiz "Yollar" offlayn naviqatoru yaradılıb. Bu proqramı mobil qurğuya yükləyən hər bir istifadəçi proqramdan internetə çıxış olmadan da rahat istifadə edə bilər. İnternet bağlantısı olarsa, həm də yollardakı trafik vəziyyətini də izləmək olar. Həmçinin daha geniş funksionallı, Azərbaycan, Gürcüstan və Türkiyənin xəritəsi ilə işləyən "YollarPro" offlayn naviqator proqramı da "GoMap.Az" xəritəsinin əsasında yaradılıb.
Yeni servislərdən biri də Bakı şəhərində trafik haqqında məlumatın xəritə üzərində əks etdirilməsidir. İndi hər bir "GoMap.Az" istifadəçisi Azərbaycanın hər bir yolunda olan trafik vəziyyəti ilə tanış ola bilər.
Qeyd etmək lazımdir ki, hazırda "GoMap.Az" elektron xəritəsində 8730 yaşayış məntəqəsi, 80 şəhər və qəsəbə, 118 000 maraq nöqtəsi (POİ), 5 000 tarixi-memarlıq abidəsi, 1,2 milyon bina və tikili, 77,6 min avtomobil yolları, 40,9 min km2 meşə, çəmənlik, park və yaşıllıq zonası, 54,6 min km çay, kanallar, su ötürücüləri, 3,8 min km dəmir yolu, 959,5 min km göllər, dənizlər və su anbarları əks etdirilib.
Baxış sayı: 741
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır