12px13px15px17px
Tarix:21/05/15

“Azərkosmos” ASC, Elmin İnkişafı Fondu və TÜBİTAK UZAY arasında üçtərəfli görüş keçirilib

Dünən" Azərkosmos" ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində  "Azərkosmos" ASC-nin əməkdaşları, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) və Türkiyə Elmi və Texnoloji  Araşdırmalar Şurasının (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu – TÜBİTAK) Kosmos Texnologiyaları Araşdırma İnstitutunun (Uzay Teknolojileri Araştırma Enstitüsü - TÜBİTAK UZAY) təmsilçiləri arasında  üçtərəfli  görüş keçirilib.
 
Görüşdə Fondun və TÜBİTAK UZAY-ın rəsmilərinə "Azərkosmos" ASC, "Azerspace-1" peyki və onun texniki xüsusiyyətləri, "Azersky" peykinin tətbiq sahələri və növbəti peyk layihələri haqqında ətraflı məlumat verilib. Eyni zamanda, görüşdə  ölkəmiz üçün kosmik sənayenin inkişafının əhəmiyyətindən və bu sahədə Elmin İnkişafı Fondunun kosmos tədqiqatları sahəsində  yerli kadr hazırlığına  xüsusi  önəm verməsi də qeyd olunub. Hazırda "Azərkosmos" ASC-də peyk mühəndisi vəzifəsində çalışan Ağasif Ələkbərov Elmin İnkişafı Fondunun 6-cı Mobillik Qrantının qalibi olub və Fondun dəstəyi ilə  TÜBİTAK UZAY-da  təşkil olunmuş təcrübə proqramında  iştirak edib. Bu da öz növbəsində peyklərin etibarlı idarə edilməsində yüksək hazırlıqlı yerli kadr potensialının formalaşmasına EİF-in dəstəyinin göstəricisidir. Üçtərəfli əməkdaşlıq çərçivəsində keçirilmiş görüşdə, TÜBİTAK UZAY-ın nümayəndələri   "Rasat" peykinin əməliyyat seqmentləri, kosmos və astronomiya tədqiqatları, TÜBİTAK UZAY-ın peyk layihələri mövzusuna həsr olunmuş  təqdimatlar ediblər.
 
Görüşün sonunda ən son texnoloji vasitələrə, müasir təchizata və yüksək təcrübəli alim və mühəndis heyətinə malik olan TÜBİTAK UZAY, elmi və digər qurumların (dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və s.) elmi fəaliyyətini stimullaşdıran və onlara əlavə yaradıcılıq imkanı yaradan Elmin İnkişafı Fondu və  "Azərkosmos" ASC arasında peyklərin idarə olunması istiqamətində, kosmik tədqiqatlar sahəsində Azərbaycan və Türkiyə mütəxəssislərinin birgə layihələrinin  təşkil olunmasına, onların dəstəklənməsinə və gələcəkdə əməkdaşlığın inkişafına dair razılıq əldə olunub.
 



Baxış sayı: 955

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024