12px13px15px17px
Tarix:22/05/15

“NETTY 2015” Azərbaycan Milli İnternet Mükafatının qalibləri elan edildi

“Park INN Radisson”-da “NETTY 2015” Azərbaycan Milli İnternet Mükafatının mükafatlandırma mərasimi keçirilib. Rəsmi şəraitdə “NETTY” akademikləri cari ildə 16 nominasiya üzrə ən yaxşı milli veb-resursların və layihələrin adlarını elan ediblər.
Mərasimin əvvəlində tədbirin iştirakçıları bir dəqiqəlik sükutla 19 may faciəsinin qurbanlarını yad ediblər.

Ölkənin iri İT şirkətlərinin nümayəndələri, mükafatın nominantları, KİV nümayəndələri və çoxsaylı qonaqlar mərasimdə iştirak ediblər. Tədbirin yekunu üzrə videohesabat və fotoşəkillər “www.netty.az” saytında və sosial şəbəkədə “www.fb.com/NETTYAWARD” yerləşdiriləcək.
 
Bu ilin qalibləri:
 
  1. İdman:  “DailySport www.dsport.az
 
  1. Şəxsi səhifə: Günay Hacıyeva həkim-ginekoloqun saytı “www.vaginizm.az
 
 
  1. Əyləncə: radio “Hisset www.hisset.in
 
  1. Elektron kommersiya: “DADIM” — Bakıda yemək çatdırılma xidməti “www.pizza.az
 
 
  1. Korporativ sayt: “Kapital Bank www.kapitalbank.az” 
 
6.  Servis-sayt:  ödəniş sistemi  “www.e-pul.az

7. Cəmiyyət: “Magic  Happens” layihəsi  “www.santa.az

8. Elm və təhsil: “www.mentiq.az

9. İnformasiya və xəbərlər: “www.olke.az” İnformasiya Agentliyi
 
10. Mədəniyyət və incəsənət:  Hüseyn Cavidin ev muzeyi “www.huseyncavid.com

11. Dövlət saytı: AR FHN  “www.fhn.gov.az
 
12. Azərbaycan:  “e-Visa Azerbaijan” layihəsi “www.evisa.com.az

13. Sosial şəbəkənin seçimi: “Virtual Azərbaycan www.azerbaijan360.az
 
14. Mobil avadanlıqlar üçün ilin proqramı: “Baku City Guide – Adnroid” platforması – müəllif Cəfər Nəcəfov

15. İlin İT hadisəsi: “Bakutel 2014” 20-ci yubiley sərgisi
 
16. İnformasiya texnologiyalarının inkişafının zənginləşdirilməsi üzrə  mükafatlandırılıb Azərbaycan İnternet Cəmiyyətinin və “Azerin” provayderin rəhbəri Qalib Qurbanov
 
Cari ildə müsabiqə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin hərtərəfli dəstəyi ilə keçirilir. Mükafatın baş partnyoru “KATV1”-dir.
 
Müsabiqənin əsas prizi “NETTY” heykəlciyidir. “KATV1” tərəfindən bütün qaliblərə “Myvideo Smart Box” “ağıllı” cihaz hədiyyə verilib. Həmin avadanlığın köməyi ilə internet vasitəsilə yerli və xarici televiziya kanallarını izləmək, adi TV-də sosial servislərdən istifadə etmək  mümkündür. “SmartHost.az” şirkəti bütün nominantlara hostinq-paketlər  hədiyyə edib, hər qalibə isə “AZ” domenində pulsuz qeydiyyatdan keçməyə imkan yaradıb.


“NETTY Azərbaycan” Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. “NETTY” - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə, İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində  Azərbaycanın birinci peşəkar mükafatıdır.



Baxış sayı: 1384

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024