12px13px15px17px
Tarix:22/05/15

Müxtəlif sahələrdə istedadlı gənclər haqqında məlumatların toplanması məqsədilə virtual məlumat bankı hazırlanıb

Gənclər və İdman Nazirliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları istiqamətində bir neçə geniş və əhəmiyyətli layihəni həyata keçirir və bununla bağlı fəaliyyət davam etdirilməkdədir.
 
Bu barədə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.
 
Nazir bildirib ki, ilk dəfə  hələ 2009-cu ildə Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən MDB-ya üzv ölkələrin gənc rəssamları arasında "Məndə sığar iki cahan..." adlı  virtual məkanda müsabiqə təşkil  olunub.
 
Müsabiqənin elan edilməsi, işlərin təqdimatı, qiymətləndirilməsi - bunlar hamısı onlayn vasitə ilə  reallaşdırılıb. "Bundan sonra biz yenə də MDB ali təhsil tələbələri arasında "İdeya var!.." onlayn müsabiqəsini keçirdik. İndi bu layihə davamlı olaraq hər il keçirilir.
 
 
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına əsasən "Virtual Qarabağ" layihəsinin əsas məqsədi Qarabağın tarixi, mədəniyyəti və ona edilmiş hərbi təcavüz haqqında məlumatları yazılı sənəd, foto, video və musiqi vasitəsilə əsasən xarici istifadəçiyə çatdırır" – deyən A. Rəhimovun sözlərinə görə, 2012-ci ildən başlayaraq internet səsvermə vasitəsilə hər il Azərbaycanın bir rayon və ya şəhəri rəmzi "Azərbaycan Gənclər Paytaxtı seçilir".
 
O qeyd edib ki, xüsusi sayt vasitəsilə (hər ilin yanvar ayında aparılan səsvermədə 1 milyondan artıq insan səs verir. Bu layihənin onlayn səsvermə mədəniyyətinin inkişaf etdirilməsinə böyük töhfə verdiyini önə çəkən nazir vurğulayıb ki, gənclərin sosial təşəbbüskarlığını və məsuliyyətini artırmaq, eyni zamanda onların innovativ ideyalarını vaxtında üzə çıxarmaq məqsədilə nazirlik "Onlayn fikir bankı" layihəsini həyata keçirir.
 
 
"2013-cü ildən başlayaraq nazirlik riyazi istedadlı yeniyetmə və gənci üzə çıxarıb, onların inkişafını dəstəkləmək məqsədilə hər il "İstedadların hazırlığı laboratoriyası" layihəsini reallaşdırır. Hər il keçirilən  3 onlayn olimpiadada fizika, riyaziyyat və kimya üzrə 2000-dək şagird öz biliklərini sınayır. Gələcəkdə bu resurs vasitəsilə fərdi distant təhsil imkanları genişləndiriləcək. Bundan əlavə, müxtəlif sahələrdə istedadlı gənclər haqqında dolğun məlumatların toplanması məqsədilə virtual məlumat bankı hazırlanıb. Hər bir gənc özü haqda məlumatı həmin banka təqdim etdikdən sonra, seçim kriterilərinə cavab verən gənclər barədə məlumat banka daxil olur" – nazir fikrinə əlavə edib.
 
 
 
Seymur Qasımbəyli  
 



Baxış sayı: 829

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024