Tarix:22/05/15
Təşkilata 2012-ci ilin sentyabrından rəhbərlik edən Fadi Şehadenin istefaya getməsinə səbəb kimi onun yeni iş tapması göstərilir. Təşkilat rəhbərinin hansı işlə məşğul olacağı “ICANN”-ın 2016-cı ildə Mərakeşdə keçirəcəyi konfransından sonra məlum olacaq. Bu, Fadi Şehadenin təşkilat rəhbəri kimi iştirak edəcəyi sonuncu tədbir olacaq.
“ICANN” rəhbəri domen sənayesinin inkişafına töhfə verdiyinə görə şad olduğunu bildirib. Onun sözlərinə görə, təşkilatda çox gözəl işçi heyəti toplanıb, bir nəfərin işini tərk etməsi işə təsir göstərməyəcək və yeni rəhbər təşkilatın inkişafını uğurla davam etdirə biləcək.
Bildirilir ki, Fadi Şehadenin başlıca xidməti “ICANN”-ın ABŞ hökumətinin nəzarətindən çıxmağa başlamasıdır. “ICANN” dövlət orqanlarının nəzarətində olan texniki təşkilatdan tədricən dünya miqyaslı şirkətə çevrilməklə filialları vasitəsilə bütün ölkələrin cəmiyyətləri ilə əlaqə saxlayır.
Həmçinin onun idarəetməsi dövründə yüksəksəviyyəli yeni domenlər proqramı (New gTLD) uğurla istifadəyə verilib.
Domen sənayesi nümayəndələrinin fikrincə, Fadi Şehadenin vəzifəsini tərk etməsi “ICANN” üçün böyük itkidir, - "Webnames” yazır.
“ICANN” prezidenti istefaya gedəcək
Bu gün internetdə domen adların və zonaların verilməsini həyata keçirən “Internet Corporation for Assigned Names and Numbers” (ICANN) qeyri-kommersiya təşkilatının prezidenti Fadi Şehade 2016-cı ilin martında vəzifəsini tərk edəcəyini açıqlayıb.Təşkilata 2012-ci ilin sentyabrından rəhbərlik edən Fadi Şehadenin istefaya getməsinə səbəb kimi onun yeni iş tapması göstərilir. Təşkilat rəhbərinin hansı işlə məşğul olacağı “ICANN”-ın 2016-cı ildə Mərakeşdə keçirəcəyi konfransından sonra məlum olacaq. Bu, Fadi Şehadenin təşkilat rəhbəri kimi iştirak edəcəyi sonuncu tədbir olacaq.
“ICANN” rəhbəri domen sənayesinin inkişafına töhfə verdiyinə görə şad olduğunu bildirib. Onun sözlərinə görə, təşkilatda çox gözəl işçi heyəti toplanıb, bir nəfərin işini tərk etməsi işə təsir göstərməyəcək və yeni rəhbər təşkilatın inkişafını uğurla davam etdirə biləcək.
Bildirilir ki, Fadi Şehadenin başlıca xidməti “ICANN”-ın ABŞ hökumətinin nəzarətindən çıxmağa başlamasıdır. “ICANN” dövlət orqanlarının nəzarətində olan texniki təşkilatdan tədricən dünya miqyaslı şirkətə çevrilməklə filialları vasitəsilə bütün ölkələrin cəmiyyətləri ilə əlaqə saxlayır.
Həmçinin onun idarəetməsi dövründə yüksəksəviyyəli yeni domenlər proqramı (New gTLD) uğurla istifadəyə verilib.
Domen sənayesi nümayəndələrinin fikrincə, Fadi Şehadenin vəzifəsini tərk etməsi “ICANN” üçün böyük itkidir, - "Webnames” yazır.
Baxış sayı: 582
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib