Tarix:22/05/15
Məlumata əsasən, layihə “Brillo” adlanır. Yeni məhsulun xüsusiyyətləri haqda məlumat azdır. ƏS-nin işləməsi üçün yalnız 64 və ya hətta 32 MB əməli yaddaş lazımdır. Bu o deməkdir ki, sözügedən platforma müxtəlif məişət qurğuları, intellektual sensor modullarında tətbiq ediləcək.
"ICTnews" elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, “Brillo” platforması “Android” mobil əməliyyat sisteminin ekosisteminə daxil ediləcək. Güman ki, yeni əməliyyat sistemi “Google”un bəzi onlayn xidmətləri ilə sıx qarşılıqlı əlaqədə olacaq.
Beləliklə, İT bazarın başqa iştirakçıları kimi “Google” şirkəti də "əşyaların interneti" sahəsində inkişafı planlaşdırır. “Gartner” tədqiqat şirkətinin proqnozuna görə, 2020-ci ilədək internetə qoşulmuş ən müxtəlif cihaz, cihaz və qurğuların sayı 26 milyarda yaxınlaşacaq. 2009-cu ildə bu göstərici təxminən 900 milyon təşkil edib.
Emil Hüseynov
“Google” şirkəti "əşyaların interneti" üçün “Brillo” platformasını hazırlayır
“Google” korporasiyası internetə qoşulmuş müxtəlif azgüclü qurğular üçün nəzərdə tutulmuş yeni əməliyyat sistemi hazırlayır.Məlumata əsasən, layihə “Brillo” adlanır. Yeni məhsulun xüsusiyyətləri haqda məlumat azdır. ƏS-nin işləməsi üçün yalnız 64 və ya hətta 32 MB əməli yaddaş lazımdır. Bu o deməkdir ki, sözügedən platforma müxtəlif məişət qurğuları, intellektual sensor modullarında tətbiq ediləcək.
"ICTnews" elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, “Brillo” platforması “Android” mobil əməliyyat sisteminin ekosisteminə daxil ediləcək. Güman ki, yeni əməliyyat sistemi “Google”un bəzi onlayn xidmətləri ilə sıx qarşılıqlı əlaqədə olacaq.
Beləliklə, İT bazarın başqa iştirakçıları kimi “Google” şirkəti də "əşyaların interneti" sahəsində inkişafı planlaşdırır. “Gartner” tədqiqat şirkətinin proqnozuna görə, 2020-ci ilədək internetə qoşulmuş ən müxtəlif cihaz, cihaz və qurğuların sayı 26 milyarda yaxınlaşacaq. 2009-cu ildə bu göstərici təxminən 900 milyon təşkil edib.
Emil Hüseynov
Baxış sayı: 634
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib