Tarix:23/05/15
Ekspertlər qeyd edib ki, iki ay əvvəl belə istifadəçilərin sayı 42 faiz təşkil edib. Bununla yanaşı, “iPhone 6” istifadəçilərinin 63 faizi "Apple Pay”-dən gündəlik yararlanıb.
Tədqiqat zamanı ABŞ-da 500 “iPhone 6” istifadəçisinin rəyi öyrənilib. “Apple Pay”-dən istifadə edən respondentlərin 67 faizi indi alış-verişi bu ödəniş xidmətini qəbul edən ticarət nöqtələrindən edir.
Bundan başqa, rəyi soruşulanların 51 faizi bildirib ki, “Apple Pay”-dən sonra digər ödəniş üsullarından, o cümlədən nağd ödənişlərdən az istifadə etməyə başlayıb. Bununla bərabər, respondentlərin 45 faizində “Apple” ödəniş həllinin quraşdırılmasında problem yaranıb. “Apple Pay”-də əsas çatışmazlıq kimi istifadəçilər bu ödənişləri qəbul edən pərakəndə satış nöqtələrinin az olmasını hesab edirlər.
“Apple Pay” sistemi istifadəçilərə “MasterCard”, “Visa” və “American Express” kartlarındakı məlumatları “Passbook” əlavəsinə daxil edərək sonradan onlardan alış-veriş ödənişləri üçün istifadəyə imkan yaradır. Ödəniş “iPhone 6” modelinə quraşdırılan “NFC” çipi vasitəsilə həyata keçirilir.
“Apple Pay” vasitəsilə ödənişlər edilərkən yeni kart yaradıldığına görə satıcılar əsas vəsaitlərin olduğu çıxış məlumatlarını almır. Hazırda “Apple”ın ödəniş servisi “McDonalds”, “Apple Store”, “Walgreens”, “Macy's”, “Disney” və digər mağazalar tərəfindən dəstəklənir, - "Payspacemagazine” yazır.
“iPhone 6” istifadəçilərinin yarısı “Apple Pay” ödənişindən istifadə edir
“Auriemma Consulting Group” (ACG) şirkətinin məlumatına görə, hazırda ABŞ-da “iPhone 6” istifadəçilərinin 46 faizi uğurla “Apple Pay” mobil ödəniş sistemindən istifadə edir.Ekspertlər qeyd edib ki, iki ay əvvəl belə istifadəçilərin sayı 42 faiz təşkil edib. Bununla yanaşı, “iPhone 6” istifadəçilərinin 63 faizi "Apple Pay”-dən gündəlik yararlanıb.
Tədqiqat zamanı ABŞ-da 500 “iPhone 6” istifadəçisinin rəyi öyrənilib. “Apple Pay”-dən istifadə edən respondentlərin 67 faizi indi alış-verişi bu ödəniş xidmətini qəbul edən ticarət nöqtələrindən edir.
Bundan başqa, rəyi soruşulanların 51 faizi bildirib ki, “Apple Pay”-dən sonra digər ödəniş üsullarından, o cümlədən nağd ödənişlərdən az istifadə etməyə başlayıb. Bununla bərabər, respondentlərin 45 faizində “Apple” ödəniş həllinin quraşdırılmasında problem yaranıb. “Apple Pay”-də əsas çatışmazlıq kimi istifadəçilər bu ödənişləri qəbul edən pərakəndə satış nöqtələrinin az olmasını hesab edirlər.
“Apple Pay” sistemi istifadəçilərə “MasterCard”, “Visa” və “American Express” kartlarındakı məlumatları “Passbook” əlavəsinə daxil edərək sonradan onlardan alış-veriş ödənişləri üçün istifadəyə imkan yaradır. Ödəniş “iPhone 6” modelinə quraşdırılan “NFC” çipi vasitəsilə həyata keçirilir.
“Apple Pay” vasitəsilə ödənişlər edilərkən yeni kart yaradıldığına görə satıcılar əsas vəsaitlərin olduğu çıxış məlumatlarını almır. Hazırda “Apple”ın ödəniş servisi “McDonalds”, “Apple Store”, “Walgreens”, “Macy's”, “Disney” və digər mağazalar tərəfindən dəstəklənir, - "Payspacemagazine” yazır.
Baxış sayı: 644
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır