Tarix:23/05/15
Bu fikirləri “Rabitə dünyası” qəzetinə verdiyi eksklüziv müsahibəsində Türkiyənin “KoçSistem” şirkətinin baş meneceri Mehmet Nalbantoğlu söyləyib.
O bildirib ki, hazırda dünyanın inkişaf düzəni yeni ideyalar və ixtiralar tələb edir. İdeyalarsız, mütəxəssisləri inkişaf etdirmədən İKT üzrə rəqabət aparmağın çətin olduğuna işarə edən M. Nalbantoğlu Azərbaycanın İKT üzrə böyük nailiyyət əldə etdiyini vurğulayıb.
O, ölkədə qazanılan uğurların İT üzrə yeni-yeni ideya və layihələrin yaranmasına gətirib çıxartdığını söyləyərək əlavə edib ki, “KoçSistem” azərbaycanlı mütəxəssislərin fikirlərinə həm maddi, həm də mənəvi, informasiya və mütəxəssis dəstəyini verməyə hazırdır:
“Bizim Azərbaycandakı fəaliyyətimiz uzun illər üçün hesablanıb. Yəni uzunmüddətli planlarımız mövcuddur. Biz hazırda gördüyümüz işlərlə gələcəkdə gözlənilən dəyişikliyi, inkişafi qarşılamağa çalışırıq. Bu baxımdan azərbaycanlı mütəxəssislərin də peşəkarlığının, biliklərinin artırılmasına ciddi şəkildə diqqət ayırırıq. Buradakı mütəxəssisləri Avropaya, Türkiyəyə göndərərək ortaq layihələrimizdə çalışdırmaq, onların təcrübələrinin artırılmasına nail olmaq niyyətindəyik. Hesab edirəm ki, yerli mütəxəssislərlə birgə işləmək bizə qarşımıza qoyduğumuz ideyalara daha tez çatmaqda yardımçı olacaq”.
“KoçSistem”in Azərbaycan iqtisadiyyatına töhfə verməkdə davam edəcəyini önə çəkən M.Nalbantoğlu əlavə edib ki, yeni ideyaların reallaşdırılması və xidmət və malların təklif edilməsi İKT bazarının daha da böyüməsinə, gəlirlərin artmasına gətirib çıxardacaq.
Seymur Qasımbəyli
M.Nalbantoğlu: “Azərbaycanın İKT üzrə irəli sürülən yeni ideyaları və İT mütəxəssislərini dünyaya çıxardacağıq”
“Azərbaycandan informasiya-kommunikasiya texnologiyaları sahəsində irəli sürülən yeni ideyaları və İT mütəxəssislərini dünyaya çıxardacağıq”.Bu fikirləri “Rabitə dünyası” qəzetinə verdiyi eksklüziv müsahibəsində Türkiyənin “KoçSistem” şirkətinin baş meneceri Mehmet Nalbantoğlu söyləyib.
O bildirib ki, hazırda dünyanın inkişaf düzəni yeni ideyalar və ixtiralar tələb edir. İdeyalarsız, mütəxəssisləri inkişaf etdirmədən İKT üzrə rəqabət aparmağın çətin olduğuna işarə edən M. Nalbantoğlu Azərbaycanın İKT üzrə böyük nailiyyət əldə etdiyini vurğulayıb.
O, ölkədə qazanılan uğurların İT üzrə yeni-yeni ideya və layihələrin yaranmasına gətirib çıxartdığını söyləyərək əlavə edib ki, “KoçSistem” azərbaycanlı mütəxəssislərin fikirlərinə həm maddi, həm də mənəvi, informasiya və mütəxəssis dəstəyini verməyə hazırdır:
“Bizim Azərbaycandakı fəaliyyətimiz uzun illər üçün hesablanıb. Yəni uzunmüddətli planlarımız mövcuddur. Biz hazırda gördüyümüz işlərlə gələcəkdə gözlənilən dəyişikliyi, inkişafi qarşılamağa çalışırıq. Bu baxımdan azərbaycanlı mütəxəssislərin də peşəkarlığının, biliklərinin artırılmasına ciddi şəkildə diqqət ayırırıq. Buradakı mütəxəssisləri Avropaya, Türkiyəyə göndərərək ortaq layihələrimizdə çalışdırmaq, onların təcrübələrinin artırılmasına nail olmaq niyyətindəyik. Hesab edirəm ki, yerli mütəxəssislərlə birgə işləmək bizə qarşımıza qoyduğumuz ideyalara daha tez çatmaqda yardımçı olacaq”.
“KoçSistem”in Azərbaycan iqtisadiyyatına töhfə verməkdə davam edəcəyini önə çəkən M.Nalbantoğlu əlavə edib ki, yeni ideyaların reallaşdırılması və xidmət və malların təklif edilməsi İKT bazarının daha da böyüməsinə, gəlirlərin artmasına gətirib çıxardacaq.
Seymur Qasımbəyli
Baxış sayı: 664
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır