Tarix:25/05/15
Artıq üçüncü dəfədir təşkil olunan “Robotlar gecəsi” aksiyası bu il “Missiya: təhlükəsizlik” şüarı altında keçirilir. Bu səbəbdən sərgidə nümayiş olunan eksponatların - robotların əksəriyyəti insan həyatının qorunması üçün yaradılıb.
“İnstitutumuzda biz 10 tip robot hazırlamışıq. Onların ən kiçiyinin çəkisi 1,5 kq, ən böyüyünün 500 kq təşkil edir”, - institut direktoru Yan Yablkovski deyib.
Mühəndis Petr Şinkarçik istehsal olunan qurğuların real şəraitdə işləməsini və insan həyatını xilas etməsini bildirərək onlardan bəzilərinin hazırda polisə itkin düşən insanları axtarmaqda kömək etdiyini əlavə edib.
“Robotların insan həyatında iştirakı bəzən bizim onları görməməyimizə baxmayaraq genişdir. Onlar bizə tozu sovurmağa, otu biçməyə və binaların fasadını təmizləməyə kömək edirlər. Biz robotların gündəlik həyatımızda geniş iştirakına və artan roluna hazır olmalıyıq”, - P.Şinkarçik qeyd edib.
Kosmos və qeyri-adi texnologiyalar həvəskarları üçün “Robotlar gecəsi” təşkilatçıları tərəfindən kosmik missiyanın dəstəklənməsi üçün yaradılan Mars uçuş aparatının analoqu təqdim olunub. Bundan başqa, sərgi iştirakçıları robotların üçölçülü texnologiyalardan istifadə etməklə yaranma prosesini görmək və özlərini bu mürəkkəb konstruktor işində sınamaq imkanı əldə ediblər, - “TASS” yazır.
Polşada “Robotlar gecəsi” keçirilib
Varşavada vətəndaşlara polyak mühəndislərinin uğurlarını nümayiş etdirmək məqsədilə “Robotlar gecəsi” keçirilib. Avtomatika və Ölçmə Sənayesi İnstitutunda xizəkli-tırtıllı avtomobillər, polis robotları, tibbi və antiterror maşınları nümayiş olunub.Artıq üçüncü dəfədir təşkil olunan “Robotlar gecəsi” aksiyası bu il “Missiya: təhlükəsizlik” şüarı altında keçirilir. Bu səbəbdən sərgidə nümayiş olunan eksponatların - robotların əksəriyyəti insan həyatının qorunması üçün yaradılıb.
“İnstitutumuzda biz 10 tip robot hazırlamışıq. Onların ən kiçiyinin çəkisi 1,5 kq, ən böyüyünün 500 kq təşkil edir”, - institut direktoru Yan Yablkovski deyib.
Mühəndis Petr Şinkarçik istehsal olunan qurğuların real şəraitdə işləməsini və insan həyatını xilas etməsini bildirərək onlardan bəzilərinin hazırda polisə itkin düşən insanları axtarmaqda kömək etdiyini əlavə edib.
“Robotların insan həyatında iştirakı bəzən bizim onları görməməyimizə baxmayaraq genişdir. Onlar bizə tozu sovurmağa, otu biçməyə və binaların fasadını təmizləməyə kömək edirlər. Biz robotların gündəlik həyatımızda geniş iştirakına və artan roluna hazır olmalıyıq”, - P.Şinkarçik qeyd edib.
Kosmos və qeyri-adi texnologiyalar həvəskarları üçün “Robotlar gecəsi” təşkilatçıları tərəfindən kosmik missiyanın dəstəklənməsi üçün yaradılan Mars uçuş aparatının analoqu təqdim olunub. Bundan başqa, sərgi iştirakçıları robotların üçölçülü texnologiyalardan istifadə etməklə yaranma prosesini görmək və özlərini bu mürəkkəb konstruktor işində sınamaq imkanı əldə ediblər, - “TASS” yazır.
Baxış sayı: 1247
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır