12px13px15px17px
Tarix:25/05/15

Azərbaycanda ay ərzində 100 dəqiqə mobil rabitə ilə danışıq üçün orta tarif 6,9 manatdır

Azərbaycanda ay ərzində 100 dəqiqə mobil rabitə ilə danışıq üçün orta tarif 6,9 manatdır. 5 il əvvəl 2010-cu ildə isə bu göstərici 7,7 manat təşkil edib. Mobil rabitə danışığı tarifinin hər nəfərə düşən orta aylıq ümumi milli gəlirə nisbəti isə 1,3 faizlə ölçülür.
 
Bu rəqəmlər Dövlət Statistika Komitəsinin yeni nəşri olan “Azərbaycan rəqəmlərdə 2015” bülletenində yer alıb.
 
Nəşrdə İKT-nin digər əsas infrastruktur göstəriciləri də qeyd edilir.
 
Belə ki, 2010-cu ildə 4,89 olan İKT-nin inkişaf indeksi 2014-cü ildə 7,74-ə çatıb.
 
Əhalinin hər 100 nəfərinə düşən internet istifadəçilərinin sayı isə 75 nəfər təşkil edib. Ötən il mobil rabitə ilə əhatə olunmuş ərazidə yaşayan əhalinin ölkə əhalisində xüsusi çəkisi 99,8 faiz təşkil edib və bu göstərici 2010-cu ildən 2014-cü ilə qədər dəyişməz şəkildə, yəni 99,8 faiz olaraq qalmaqda davam edir.
 
Ay ərzində internetdən 20 saatlıq istifadə üçün orta tarif də müəyyənləşib.
 
Belə ki, 2010-cu ildə orta tarif 1,9 manat olubsa, artıq 2014-cü ildə bu rəqəm 1,3 manata enib. İnternetdən istifadə tarifinin hər nəfərə düşən orta aylıq ümumi milli gəlirə nisbəti də 5 il əvvəl 0,6 faiz təşkil edib.
 
2011-ci ildən etibarən 0,3 faizlə ölçülən müvafiq göstərici hazırda da eyni səviyyədə qərarlaşıb. Mobil rabitə danışığı tarifinin hər nəfərə düşən orta aylıq ümumi milli gəlirə nisbəti də hazırda əvvəlki səviyyəsindən xeyli düşüb.
 
 Belə ki, 2010-cu ildə 2,0 faiz təşkil edən nisbət 2014-cü ildə 1,3 faizə enib.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 571

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024