Tarix:26/05/15
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “ICTnews.az”a verilən məlumata görə, “Uypress” Uruqvay xəbərlər agentliyinin portalında “Azərbaycan paytaxtı Bakı 2015 Birinci Avropa Oyunlarını qəbul edir” adlı məqalə işıq üzü görüb.
“12-28 iyun tarixlərində Xəzər dənizi sahillərində, Avropanın bitdiyi və Asiyanın başladığı yerdə yerləşən, Azərbaycanın sürətlə inkişaf edən paytaxtı olan Bakı şəhəri bütün Avropadan 6000-dən çox elit idmançıları qəbul etməyə hazırlaşır”, - deyə məqalədə qeyd olunur.
Məqalədə Avropa Oyunlarına hazırlıqla bağlı Bakıda yaradılmış müasir infrastruktur, Oyunlar çərçivəsində müxtəlif idman növləri üzrə keçiriləcək yarışlar, habelə növbəti illərdə Azərbaycanda təşkil olunacaq beynəlxalq əhəmiyyətli digər idman tədbirləri barədə də məlumat verilir.
Sözügedən publisistik yazıda Azərbaycanın son illərdə əldə etdiyi yüksək iqtisadi inkişaf da diqqət mərkəzində olub. “Cənubi Qafqazın iqtisadiyyatının 70 faizindən çoxu Azərbaycana məxsusdur ki, 2000-ci ildən etibarən, əsasən böyük karbohidrogen ehtiyatlarının istismarı, nəqliyyat, infrastruktur, telekommunikasiya, tikinti, turizm və aqrosənaye sahələrindəki önəmli sərmayələr hesabına ölkənin ÜDM-i dörd dəfə artmışdır”, - deyə məqalədə bildirilir.
Yazıda, habelə Azərbaycanda tolerantlıq, dünyəvilik və müxtəlif inancların sülh şəraitində birgə mövcudluğu ənənələrindən də bəhs olunur.
Azərbaycan-Uruqvay münasibətləri mövzusuna da toxunulan məqalədə Azərbaycanın bu yaxınlarda Uruqvayda diplomatik nümayəndəliyinin təsis olunması, iki ölkə arasında həyata keçirilən qarşılıqlı səfərlərə diqqət yetirilir.
Məqalə ilə buradan tanış olmaq mümkündür.
SEYMUR
Uruqvay mətbuatı: “Telekommunikasiya, aqrosənaye və digər sahələrdəki önəmli sərmayələr hesabına Azərbaycanda ÜDM dörd dəfə artıb”
Uruqvay mətbuatında Azərbaycan haqda məqalə dərc olunub. Məqalədə “Bakı 2015” Birinci Avropa Oyunları haqda geniş bəhs edilərək ölkənin iqtisadi vəziyyəti, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əldə etdiyi uğurlardan söz açılıb.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “ICTnews.az”a verilən məlumata görə, “Uypress” Uruqvay xəbərlər agentliyinin portalında “Azərbaycan paytaxtı Bakı 2015 Birinci Avropa Oyunlarını qəbul edir” adlı məqalə işıq üzü görüb.
“12-28 iyun tarixlərində Xəzər dənizi sahillərində, Avropanın bitdiyi və Asiyanın başladığı yerdə yerləşən, Azərbaycanın sürətlə inkişaf edən paytaxtı olan Bakı şəhəri bütün Avropadan 6000-dən çox elit idmançıları qəbul etməyə hazırlaşır”, - deyə məqalədə qeyd olunur.
Məqalədə Avropa Oyunlarına hazırlıqla bağlı Bakıda yaradılmış müasir infrastruktur, Oyunlar çərçivəsində müxtəlif idman növləri üzrə keçiriləcək yarışlar, habelə növbəti illərdə Azərbaycanda təşkil olunacaq beynəlxalq əhəmiyyətli digər idman tədbirləri barədə də məlumat verilir.
Sözügedən publisistik yazıda Azərbaycanın son illərdə əldə etdiyi yüksək iqtisadi inkişaf da diqqət mərkəzində olub. “Cənubi Qafqazın iqtisadiyyatının 70 faizindən çoxu Azərbaycana məxsusdur ki, 2000-ci ildən etibarən, əsasən böyük karbohidrogen ehtiyatlarının istismarı, nəqliyyat, infrastruktur, telekommunikasiya, tikinti, turizm və aqrosənaye sahələrindəki önəmli sərmayələr hesabına ölkənin ÜDM-i dörd dəfə artmışdır”, - deyə məqalədə bildirilir.
Yazıda, habelə Azərbaycanda tolerantlıq, dünyəvilik və müxtəlif inancların sülh şəraitində birgə mövcudluğu ənənələrindən də bəhs olunur.
Azərbaycan-Uruqvay münasibətləri mövzusuna da toxunulan məqalədə Azərbaycanın bu yaxınlarda Uruqvayda diplomatik nümayəndəliyinin təsis olunması, iki ölkə arasında həyata keçirilən qarşılıqlı səfərlərə diqqət yetirilir.
Məqalə ilə buradan tanış olmaq mümkündür.
SEYMUR
Baxış sayı: 1305
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır